Qocalmanı ləngidən ərzaqlar açıqlandı – Tərkibindəki sinklə birləşik hidroxinon…

0 243
Almaniyanın Erlangen-Nyurnberq Universitetininalimləri bu qənaətə gəliblər ki, şokoladın, çayın, şərabın və qəhvənin tərkibində olan sinklə birləşik hidroxinon  qocalma prosesini ləngidir.

Moderator.az bu barədə xarici mətbuatda dərc olunmuş tədqiqata istinadən xəbər verir.
Tədqiqatda mütəxəssislər qeyd edir ki, sink  orqanizmdə turşulaşma prosesinin qarşısını alan hidroxinon qrupunu aktivləşdirir və superoksid yaranır. Superoksid zülallar və lipidlər kimi biomolekulları dağıtmaq gücünə malikdir.
Sinkin və hidroxinonun birləşməsi prosesində superoksiddismutaz fermentini imitasiya edən kompleks yaranır ki, bu da orqanizmi aşınmadan qoruyur və və antioksidant rolunu oynayır.
Metabolizm nəticəsində superoksid orqanizmin zədələnmə prosesinin qarşısını alır və bununla da qocalmanı ləngidir.
Oktyabrda Amerika alimləri bildiriblər ki, ketogen diyeta beyinin qocalmasını ləngidə bilir.

Your email address will not be published.