Gənc sahibkar çökdürülür-PREZİDENTƏ ŞOK MÜRACİƏT

0 605

Mingəçevir şəhər sakini,sahibkarlıq fəaliyyəti ilə məşğul olan Muradov Əli  Məhəmməd oğlu sözün əsl mənasında işə düşüb.

Azbelediyye.info xəbər verir ki,“Kanal32”yə müraciət edən sahibkar “Unibank”ın əməllərindən,yerli instansiya məhkəməsinin isə gülünc qərarından qərarından şikayətçidir.Və ümid edir ki,ölkənin müvafiq qurumları,xüsusən də ölkə başçısı cənab İlham Əliyev onun səsini eşidərək, düşdüyü çıxılmaz vəziyyətlə tanış olacaq,heç kimlə hesablaşmayan,heç bir qanunu tanımayan bankın addımlarının araşdırılmasına göstəriş verəcək.Sahibkar Əli Muradovun sözlərinə görə cənab prezidentin 2014-cü ilin yekunlarına dair keçirdiyi müşavirdə sahibkarlıq fəaliyyətinə manelərin qarşısının alınması və onlara hərtərəfli dövlət dəstəyinin yaradılması tapşırığından sonra ruhlanaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2015-ci ilin fevral ayında “Unibank”ın Mingəçevir filialından 29 min dollar kredit görürüb.Və kredit ödənişlərini vaxtlı-vaxtında həyata keçirib.Hətta,məlum birinci devalivasiyadan sonra da ödənişləri edib.Elman Rüstəmovdan başqa ölkədə hamı növbəti devalivasiyanın olacağını bildiyi üçün sahibkar Əli Muradov kreditinin manata çevrilməsi üçün banka müraciət edib.Ancaq bank gülməli əsas gətirərək dövlətin buna icazə vermədiyini deyərək kreditin manata çevirilməsindən boyun qaçırıb.Lakin buna baxmayaraq sahibkar çətinliklə də olsa bir müddət ödəniş edə bilib.Məlum iqtisadi böhranın bir qədər sürətlənməsi və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi Mingəçevir kimi kasıb bir şəhərdə daha çox hiss olunduğundan Əli Muradov 1.78 AZN məzənnə ilə ödəmədə çətinliklə üzləşib.Bu zaman sahibkar banka növbəti təklifini edib ki,məbləği 1.78 məzənnə ilə manat çevirib,4 il müddətinə qədər uzatsınlar.Ancaq yenə də “kırşası”böyük olan “Unibank”(bunu bankın əməkdaşları hamıya deyir) vətəndaşın müraciətini vecinə almayıb.”Kanal32”-yə müsahibəsi zamanı Əli Muradov onu da vurğulayıb ki,o,indiyə kimi 12 min dollardan artıq ödəniş edib və hər ay banka 850-1000 manat məbləğində ödəniş etməyə hazırıdr və bunu dəfələrlə həm banka,həm də Mingəçevir məhkəməsinə deyib.Belə yerdə deyiblər:”Sən saydığını say,gör bank və məhkəmə nə sayır.”Bunlar isə vətəndaşın müraciətinə,onun sosial durumuna həsas yanaşmaq əvəzinə dollar sayırlar. Daha doğrusu birdən-birə küllü miqdarda pul əldə etmək istəyirlər.Özü də çox asan və sadə yolla.5 nəfərlik ailəni acımasız şəkildə çölə ataraq onun evini hərraca çıxarıb satmaqla.Gətirdikləri arqument isə dəhşətlidir:”Evinizin alınması bizim yox,yuxarıların qərarıdır”Guya ki,dövlətin başında oturanların…! Hətta,Mingəçevir məhkəməsinin hakimi lap “irəli gedərək” deyib ki,boşuna mübarizə aparma,onsuz prezident özü hər şeyi yaxşı bilir.Maraqlıdır ki,Şəki Apellasiya Məhkəməsi də yerli məhkəmənin qərarını qüvvədə saxlayıb və heç bir yüngülləşdirici hal təyin etməyib. Bankın və məhkəmələrin bu özbaşınalığından,qanunlara sayğısızlığından,dövlətinin iqtisadi və sosial siyasətinin aşağılanmasından və yerli məhkəmənin humanizmdənkənar addımlarından cana doyan sahibkar Əli Muradov deyir ki,dövlət başçısının çağırışına dəstək məqsədi ilə hər zaman imkanım daxilində şəhid ailələrinə,imkansız insanlara Vətənim naminə kömək etmişəm.Amma,bu gün “Unibank”ın məqsədi məni və mənim kimi sahibkarları çökdürmək,yanımızda çalışan insanları işsiz qoymaq,nəhayət dövlətdən narazı salmaqdır.Baxmayaraq ki,gənc sahibkar dəfələrlə ölkə baçısına,1-ci vitse-prezident Mehriban xanım Əliyevaya,Prezident adminstrasiyasına,Maliyyə Bazarına Nəzarət Palatasına,Ədliyyə Nazirliyinə,Milli Məclisin sədrinə,Baş prokurora və Obudsmana ərizə ilə müraciətlər edib.Nəticə isə həmişəki kimi olub.Onun məktublarına konkret cavablar verilməyib.Necə deyərlər,Azərbaycan məmurlarıan xas “iş üslubu”nda “baxılması üçün”göndərilməklə ötür-ötür oyunları oynayıblar.

         

        

Bütün bunların fonunda Əli Muradov yerli hüquq-mühafizə orqanlarından,Vergilər nazirliyinin yerli nümayəndələrindən,o cümlədən onunla əməkdaşlıq edən tikinti materiallarının istehsalı və satışı ilə məşğul olan şirkətlərin fəaliyyətindən razıdır.Çünki devalivasiyanın ən çətin dönəmində onların dəstək və qayğısını üzərində hiss edib.

Üzləşdiyi bu haqsızlıqlara rəğmən hələ də ümidini üzməyən gənc sahibkar Əli Muradovun ölkə başçısı cənab İlham Əliyevə ünvanladığı diqqətçəkən video-müraciəti oxuculara və aidiyyatı dövlət qurumlarına təqdim edirik:Yazdıa adı çəkilən bütün qurumların mövqeyini dərc etməyə hazırıq.

Yazdıa adı çəkilən bütün qurumların mövqeyini dərc etməyə hazırıq.

Your email address will not be published.