Lion şəhərində Azərbaycan muğam-caz konserti keçirilib

0 224

ransanın Lion şəhərində azərbaycanlı gənc bəstəkar və pianoçu Etibar Əsədlinin rəhbərlik etdiyi muğam-caz konserti keçirilib.

Azbelediyye.info-un “Report“a istinadən verdiyi xəbərə görə , Azərbaycanın Fransadakı səfirliyi və Fransa Dialoq Assosiasiyası (ADFA) tərəfindən təşkil edilən konsertdə müxtəlif ölkələrin Liondakı konsulluqları, 6-cı rayon meriyasının əməkdaşları və Lion sakinləri iştirak ediblər.

Konsertdə Etibar Əsədlinin bəstələdiyi İthaf, Buta, İslimi əsərləri, Arşın mal alan filmindən musiqilər səsləndirilib. Azərbaycan muğam-cazı lionlular tərəfindən böyük alqışlarla qarşılanıb.

Your email address will not be published.