19 yaşlı qapıçı İtaliya A Seriyası tarixinə düşdü

0 222

“Milan”ın qapıçısı Canluici Donnarumma İtaliya A Seriyası tarixinə düşüb.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, 15-ci turda “Torino” ilə keçirilən matçda da qapını qoruyan Donnarumma, A Seriyasında ardıcıl 121-ci oyununa çıxıb.

Sözügedən qarşılaşmada sona qədər meydanda qalan 19 yaşlı qolkiper, 100 oyun əvəzlənmədən meydanda olan ilk qapıçı kimi A Seriyasının tarixinə düşüb.

Qeyd edək ki, “Milan” – “Torino” matçı qolsuz bərabərliklə başa çatıb.

Your email address will not be published.