İcbari tibbi sığorta ilə bağlı NƏTİCƏLƏR açıqlanıb

0 278

İcbari tibbi sığorta ilə bağlı Azərbaycanın üç rayonunda həyata keçirilən pilot layihələrin nəticələri açıqlanıb.

Azbelediyye.info xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev Milli Məclisdə bildirib ki, artıq üç rayonda Mingəçevir, Yevlax və Ağdaş rayonlarında pilot layihələr həyata keçirilir. O qeyd edib ki, pilot layihələr nəticəsində əhalinin tibbi xidmətə əlçatanlığı yaxşılaşıb, xəstəxanaların maliyyə mexanizminə dəyişiklik edilib.

O qeyd edib ki, pilot layihə həyata keçirilən ərazilərdə həkimlərin və tibb işçilərinin əmək haqlarına da dəyişiklik edildi və onların əmək haqlarında yüksəlişlər oldu. Direktorun sözlərinə görə, pilot layihələrdə elə həkimlər var ki, 5-6 mindən çox əməkhaqqı alırlar.

Direktor bildirib ki, pilot layihə həyata keçirilən ərazilərdə əməliyyatların sayı 52 faizdən çox artıb, xəstəxanalarda çarpayılar kifayət qədər dolub, ölüm halları azalıb. Onun sözlərinə görə, ən çox həyata keçirilən əməliyyatlar ürək əməliyyatları olub.

Your email address will not be published.