Qənbər Şəmşiroğlu-“Müdrikliyin ucalığı”

0 222
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri, ictimai xadim, tanınmış şair, yazıçı, publisist Qənbər Şəmşiroğlunun 85 illik yubileyinə həsr olunmuş “Müdrikliyin ucalığı” adlı kitab nəşr olunub. 
Kitabda Qənbər Şəmşiroğlunun mənsub olduğu soy-kök – Miskin Abdal, Ağdabanlı Şair Qurban, Dədə Şəmşir haqqında zəngin məlumatlar təqdim olunur. Qənbər Şəmşiroğlunun bədii yaradıcılığından nümunələr də kitabda yer alıb. Eyni zamanda topluda akademik Nizami Cəfərov, professor Şahlar Əsgərov, professor Abuzər Xələfov və başqalarının Qənbər Şəmşiroğluya həsr edilmiş məqalələri də dərc edilib. Məqalələrdə Qənbər Şəmşiroğlu şəxsiyyəti və yaradıcılığı müxtəlif aspektlərdən dəyərləndirilib.
İstedadlı jurnalist Köçəri Orucoğlunun tərtib etdiyi kitabın məsləhətçisi Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov, redaktoru isə Bakı Dövlət Universitetinin dosenti Ələmdar Cabbarlıdır.

Your email address will not be published.