Bu məktəb mini futbol turniri keçirib-FOTOLAR

0 218

Kanal32.info-nun məlumatına görə,İ.Rüstəmov adına Mingəçevir 5 saylı tam orta məktəbdə mini futbol turniri keçirilib.

Turniri açıq elan məktəb rəhbərliyi bildirib ki,bu yarış 2 fevral Gənclər günü və Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının yaranmasının 26-cı ildönümünə həsr olunub.Daha sonra yarışın təşkilatçısı,İ.Rüstəmov adına Mingəçevir 5 saylı tam orta məktəbin Fiziki tərbiyə müəllimi Türkan Əliyeva turner haqqında iştirakçılara məlumat verib.O qeyd edib ki,mini futbol yarışında 4 məktəbin komandası mübarizə aparacaq.Bunlar  5 saylı tam orta məktəbin,1 saylı Peşə məktəbinin,Milli Qəhrəman Ş.Şükürov adına Kəlbəcər rayon 35 saylı tam orta məktəbin və 19 saylı Mingəçevir şəhər tam orta məktəbin komandalarıdır.

Ardınca turnirə start verilib.Keçirilən görüşlərin nəticəsi olaraq finalda İ.Rüstəmov adına Mingəçevir 5 saylı tam orta məktəbin komnadası ilə Mingəçevir şəhər 19 sayı tam orta məktəbin komnadası qarşılaşıb.Nəticədə tşəkilatçı məktəbin komandası məğlub olaraq turnirin ikincsi olub.Yarışın qalibi isə Mingəçevir şəhər 19 sayı tam orta məktəbin komnadası olub.

Sonda  Mingəçevir 5 saylı tam orta məktəbin direktor müavini Müqabil Cəfərov qalib komandanın üzvlərinə diplomlar təqdim edib.

Reqlamentə uyğun olaraq turnirin ən yaxşı oyunçusu da müəyyən edilib.Beləliklə,19 saylı məktəbin komandasından Vahabzadə Fərid ən yaxşı oyunçu seçilərək,Fəxri fərmanla mükafatlandırılıb.

Your email address will not be published.