Bakıya gələn yol

0 220

Bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.

Virtualaz.org bildirir ki, püşkü Avroliqanın səfiri, “Valensiya” və “Sevilya” ilə üç dəfə UEFA Kubokunu qazanmış ispaniyalı veteran qapıçı Andres Palop çəkib.

Beləliklə, püşkün nəticələrinə görə 1/8 finalda aşağıdakı komandalar üz-üzə gələcəklər:

“Çelsi” (İngiltərə) – “Dinamo” (Ukrayna)

“Ayntraxt” (Almaniya) – “İnter” (İtaliya)

“Dinamo” (Xorvatiya) – “Benfika” (Portuqaliya)

“Napoli” (İtaliya) – “Zalsburq” (Avstriya)

“Valensiya” (İspaniya) – “Krasnodar” (Rusiya)

“Sevilya” (İspaniya) – “Slaviya” (Çexiya)

“Arsenal” (İngiltərə) – “Ren” (Fransa)

“Zenit” (Rusiya) – “Vilyareal” (İspaniya)

Qeyd edək ki, 1/8 finalda ilk oyunlar martın 7-də, cavab görüşləri martın 14-də keçiriləcək.

Aprelin 11-də və 18-də 1/4 final, mayın 2-də və 9-da yarımfinal, mayın 29-da isə Bakı Olimpiya Stadionunda final görüşü keçiriləcək.

Your email address will not be published.