İki bələdiyyə sədri istefa verdi

0 375

Bakıda iki bələdiyyə sədri vəzifəsindən istefa verib.

Azbelediyye.info bildirir ki, bunlardan biri Səbail rayon bələdiyyəsinin sədri Firdovsi Cəbrayılovdur. F.Cəbrayılov öz ərizəsilə tutduğu vəzifədən ayrılıb.

Sədr vəzifəsi bələdiyyənin üzvü Səmədağa Aslanova həvalə olunub. S.Aslanov əvvəllər Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin sədri vəzifəsində çalışıb.

Digər sədr dəyişikliyi isə Badamdar bələdiyyəsində qeydə alınıb. Sədr Həbib Əsədov da öz ərizəsi ilə vəzifəsindən azad olunub. Onu bu vəzifədə Təzəxan Astanov əvəzləyib.

Qeyd edək ki, hər iki şəxs 2009-2015-ci illərdə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı olmuş Asif Əsgərovun vaxtında sədr vəzifəsinə seçilmişdilər. İcra Hakimiyyəti rəhbərliyindəki dəyişiklik onların da vəzifələrini itirməsinə səbəb olub.

Your email address will not be published.