QHT sədri Türkiyədə erməni işğalından danışdı-FOTO

0 102

Azərbaycan Respublikasının Prezidenti yanında QeyriHökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycan aləmi” Mədəniyyət Mərkəzi  İctimai Birliyi “Ermənistanın işğalçılıq siyasəti və regional təhlükəsizlik” adlı layihəsinin davam etdirir.

İctimai birlikdən Kanal32.info-ya verilən məlumata görə,Layihə çərçivəsində “Azərbaycan aləmi” Mədəniyyət Mərkəzi İctimai Birliyinin rəhbəri  Şəhla Yusifova hazırda Türkiyədə səfərdədir.O, İstanbulda QHT-lərlə, media nümayəndələri və bloggerlərlə,o cümlədən dövlət qurumlarının  nümayəndələri ilə görüşlər keçirir.Layihənin tərkib hissəsi kimi“Anadolu -2071” Sosial Media Dərnəyində də görüş keçirilib və dərnəyin başkanı Bəkir Tiryaki və Şəhla xanım Yusifova bloggerlər,sosial media üzərindən fəaliyyət göstərən jurnalistlər üçün məlumatlandırma sessiyasında Ermənistanın  işğalçılıq siyasəti haqqında geniş məlumatlar veriblər.Həmçinin,Ermənistanın apardığı çirkin siyasət fonunda  region ölkələri üçün gözlənilən təhlükələrdən danışıblar.Beynəlxalq layihələrin icrasına törədilə biləcək manelər  ətrafında  geniş müzakirələr aparıblar.

Tədbirin diqqətçəkən məqamlarından biri də o olub ki,keçirilən görüş facebook üzərindən birbaşa yayımıla  təşkil edilib.Müxtəlif seferaları təmsil edən sosial media izləyiciləri öz fikir və rəylərini bildiribilər.

Qeyd edək ki,”Anadolu-2071” Sosial Media Dərnəyinin sosial şəbəkə üzərindən 2 milyon izləyicisi var.

“Azərbaycan aləmi” Mədəniyyət Mərkəzi İctimai Birliyinin rəhbəri  Şəhla Yusifova Kanal32.info-ya açıqlamasında bildirib ki,layihə çərçivəsində İstanbulda bir dəyirmi masa nəzərdə tutulmuşdur.Ancaq  təşkillat Ermənistanın işğalçılıq siyasətinin regionda törətdiyi təhlükəni daha geniş auditoriya çatdırmaq üçün konfrans təşkil etməyi planlaşdırır.

Kanal32.info

Your email address will not be published.