Mingəçevirdə 34 yaşlı fəhlə külə döndü-FOTO

0 881

Avqustun 26-da  Mingəçevir şəhərində yerləşən Az.DRES-də faciə ilə nəticələnən hadisə baş verib.

Kanal32.az xəbər verir ki,Azərbaycan İstilik Elektirik Stansiyasında yenidənqurma və təmir işləri aparan podaratçı şirkətlərdən birinin işçisi faciəvi şəkildə dünyasını dəyişib.Belə ki,Mingəşevir şəhər sakini 1985-ci il təvəllüdlü Sənan Yəhyayaev 6000 ktv-lıq transformatorun şitinə daxil olub və yüksək gərginlik səbəbindən tamamilə yanıb.Bir qədər sonra hadisə yerinə gələn hüquq-mühafizə oraqnalrının əməkdaşlarının iştirakı ilə cəsəd Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasının morquna gətirlib.Meyitə baxış keçiriləndən sonra aidiyyatı üzrə ailəsinə təhvil verilib.

Hadisə şahidlərinin “Kanal32”yə verdiyi məlumata görə,təmir-quraşdırma aparılan tarnasfortamtorun şitində gərginliyin olub-olmaması barədə mərhum Sənan Yəhyayaevin məlumatı olmayıb.Konkret desək,o, aidiyyatı üzrə şirkətin sahəyə cavabdeh şəxsləri tərəfindən məlumatlanıdrılmayıb.

Mərhum Sənan Yəhyayev

Onu da qeyd edək ki, rəhmətə getmiş SənanYəhyayevlə yanaşı, ona kömək etməyə çalışan iş yoldaşı da yanıq xəsarətləri alıb.Saytımıza məlumat verən mənbə onu da iddi aedib ki,təmir-bərpa işləri aparan podaratçı şirkət “Azərenerji” ASC-nin prezidenti Balababa Rzayevin qardaşına məxsusdur.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda AR.CM-nın müvafiq maddələri ilə cinayət işi açılıb,hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Xatırladaq ki,təxminən 21-22 gün əvvəl daha bir nəfər işçi də yüksək gərginlikli xəttlə təhlükəsizlik qaydaları çərçivəsində davranmaması və rəislərin məsuliyyəysizliyi ucbatından ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.Maraqlıdır ki,bu olay mətbuatdan və ictimaiyyətdən gizlədilib.Görəsən, hər zaman sayıqlığı ilə diqqət çəkən hüquq-mühafizə orqanlarının da bu hadisədən xəbəri olmayıb?

Kanal32.az

Your email address will not be published.