Mingəçevirdə zəcirvari yol qəzası-FOTOLAR

0 196

Sentyabrın 2-si saat 19:30 radələrinə Mingəçevir şəhərində 3 minik avtomobilinin toqquşması nəticəsində ağır yol qəzası baş verib.

Hadisə yerində olan Kanal32.az-ın əməkdaşı xəbər verir ki,hadisə şəhərin Heydər Əliyev prospektindəki işıqforda qeydə alınıb.Prospektdə hərəkətdə olan 20-DK-906 dövlət nömrə nişanlı VAZ-2106 markalı avtomobil işıqforu keçərkən yolun kəsişməsində şəhər sakini Məmmədov Ziya Mədət oğlunun idarə etdiyi 66-BX-335 dövlət nömrə nişanlı “Hyundai-Elantra” marakalı minik maşınını vurub.Zərbənin gücündən “Hyundai-Elantra” bir neçə dəfə fırlanaraq Kəlbəcər rayon sakini Bəylərov Ruslanın idarə etdiyi 32-BG-947 dövlət nömrə nişanlı ağ rəngli VAZ-2106 markalı maşına çırpılıb.

Qəza nəticəsində sarı rəngli VAZ-2106-da olan 2013-cü il təvəllüdlü şəhər sakini Mehdizadə Bəhlul Bəhruz oğlu və onun anası xəsarət alıb.

Dərhal hadisə yerinə Təcili Tibbi Yardım briqadası azyaşlı yaralını xəstəxanaya çatdırıb.Ona ilkin yaradım gsötərilib və xəstəxanaya yerləşdirlib.Yüngül xəsrət alan anaya işə  yerindəcə tibbi yardım göstərilib.

İlkin ehtimala və şahidlərin sözlərinə görə,qəzaya səbəb sarı rəngli “Jiquli”nin işqforun qırmızı işğında hərəkət etməsi olub.Faktla bağlı Mingəçevir şəhər Polis şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif: İxtiyar Həsənli

Kanal32.az

Your email address will not be published.