Xırdalanda acınacaqlı durum-FOTO-VİDEO

0 28

Xırdalan şəhərinin mərkəzi küçələrinin birində acınacaqlı vəziyyət yaranıb.

Xırdalan sakinlərindən biri Kanal32.az-ın redaksiyasına video və fotolar göndəriblər.Səbəb isə Abşeron rayonunun mərkəzi sayılan Xırdalan şəhərin düz ortasında yaranan biabırçı mənzərəni aidiyyatı qurumların diqqətinə çatdırmaqdır.

Sakinlərin bildirdiyinə görə,3 gündür ki,fotodan və videodan gördüyünüz ərazidə kanalizasiya xətində baş vermiş qəza nəticəsində çirkab suları evlərin həyətinə dolur və küçəyə axır.İnsanların intensiv hərkətdə olduğu küçədə xəstəlik mənbəyi olan üfunət qoxusundan nəfəs almaq mükün deyil.

Maraqlıdır ki,əraziyə baxan Mənzil İstismar Sahəsi vəziyyətdən xəbədar olsa da,hələ də problemin həlli üçün heç bir addım atmayıb.Küçə sakinləri saytımız vasitəsi ilə Abşeron İcra Hakimiyyətinin başçısına müraciət edərək,yaranmış problemin aradan qaldırılmasını tələb edirlər.

Sakinlərin göndərdiyi videonu təqdim edirik:

Your email address will not be published.