Putin Qurandan sitat gətirdi

0 84

Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının neft obyektlərinə dronlarla hücumdan danışıb.

Virtualaz.org rus mətbuatına istinadən bildirir ki, Ankarada səfərdə olan Kreml rəhbəri suala Qurandan sitat gətirməklə cavab verib.

“Türkiyədə olduğum üçün müqəddəs Qurandan bu sətirləri xatırlamaya bilmərəm: “Allahın mərhəmətini xatırlayın. Siz düşmən olanda Allah sizin qəlblərinizi barışdırdı və sizi qardaş etdi”. Mən də düşünürəm ki, məsələyə bu nöqteyi-nəzərdən yanaşmaq lazımdır”,- deyə Putin vurğulayıb.

Putin əlavə edib ki, bu məsələdə Rusiyanın mövqeyi də artıq bəllidir. O, hadisə ilə bağlı münaqişə tərəflərinin danışıqlar aparmalı olduğunu bildirib.

Xatırladaq ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkətlərinə dronlar vasitəsilə hücum olub.

Your email address will not be published.