Polis mayoru bıçaqlandı-MİNGƏÇEVİRDƏ

0 447

Oktyabrın 2-si təxminən axşam saat 20:00 radələrində  Mingəçevir şəhərində polis əməkdaşının bıçaqlanması ilə nəticələnən olay baş verib.

Kanal32.az xəbər verir ki,Mingəçevir Şəhər Polis şöbəsinin Azyaşlılar üzrə Baş inspektoru,mayor Rəşad Məmmədov bıçaqlanıb.Hadisəni törədən şəxs əvvəllər narkotik vasitələrin istifadəsinə görə məhkum olmuş Xamıs Sadıqovdur.

Əldə etdiyimiz məlumata görə,sərxoş vəziyyətdə olan Xamis Sadıqov şəhərin 20 Yanvar küçəsində uca səslə nalayiq ifadələr işlədərək söyüş söyüb.Bu zaman ərazidən keçən polis zabiti ona yaxınlaşıb və söyüş söyməməyi tövsiyyə edib.Ancaq nalayiq ifadələrə ara verməyən sərxoş şəxs qəflətən arxadan mayor Rəşad Məmmədova hücum edərək,onun kürək nayihəsinə bıçaq zərbəsi endirib.

Ağır xəsarət alan polis zabiti Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasının cərrahiyə şöbəsinə gətirilib.O əməliyyat olunub və hazırda reanimasiya şöbəsindədir.Vəziyyəti ağır qiymətləndirilir.

Hadisəni törədən Xamis Sadıqov saxlanılıb.

Faktla bağlı AR.CM-nın müvafiq maddələri ilə cinayət işi açılıb,araşdırma aparılır.

Kanal32.az

Your email address will not be published.