Ramiz Mehdiyev vəzifəsindən azad edildi

0 10

Prezident İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Kanal32.az xəbər verir ki,Sərəncamda deyilir:”Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alıram:
Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilsin”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Ramiz Mehdiyevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasında dövlət idarəçiliyi və elmin inkişafı sahəsində səmərəli və uzunmüddətli xüsusi xidmətlərinə görə Ramiz Ənvər oğlu Mehdiyev “Heydər Əliyev” ordeni ilə təltif edilib.Sonra isə Ramiz Mehdiyevi qəbul edib və ona “Heydər Əliyev” ordenini təqdim edib.

 

Your email address will not be published.