Mingəçevir xəstəxansında daha bir rəzalət-FOTOLAR

0 216

Mingəçevirdə yeni dünyaya gələn uşaq doğuş zamanı xəsarət alıb.

Kanal32.az publika.az-a istinadən xəbər verir ki, Mingəçevir xəstəxanasında yeni doğulan qız uşağı doğuş zamanı səhlənkarlıq səbəbindən ağır xəsarətlər alıb. Belə ki, uşağa körpüçük sümüyünün sınığı, üz sinirinin parezi diaqnozu qoyulub.

Xəstənin yaxınları bildirib ki, uşağın anası 9 ay həkim nəzarəti altında normal hamiləlik keçirib. 20 yaşlı Əfsanə İbrahimova 3 gün bundan öncə qız uşağı dünyaya gətirib. Nənə Çiçək İbrahimova bildirib ki, uşaq doğuş həkimi Gülnarə Quliyevanın səhlənkarlığı səbəbindən qüsurlu keçib.

Xatırladaq ki,bu qəbildən olan olaylar Mingəçevir xəstəxanasında ilk dəfə deyilk ki,baş verir.Ümuilikdə bu ilin 9 ayı ərzində 30-a yaxın uşaq həkim səhlənkarlığı səbəbindən  ölüb. Yaxın günlərdə “Kanal32” olaraq Mingəçevir xəstəxanasındakı digər özbaşınalıqlardan və xəstəxananın direktoru Könül Ələkbərovun qanunsuz əməllərindən bəhs edən araşdırma yazı dərc edəcəyik.Bizi izləməkdə davam edin…

 

Kanal32.az

Your email address will not be published.