2-ci qrup əlildən Prezidentə ürəkağrıdan MÜRACİƏT

0 106

Mingəcevir şəhər sakini, 2-ci qrup əlil Məhəmməd Həsənov ölkə başçısı İlham Əliyevdən və 1-ci vitse-prezident Mehriban xanım  Əliyevadan kömək istəyir.

Mingəcevir şəhər sakini, 2-ci qrup əlil Həsənov Məhəmməd Mayıl oğlu Kanal32.az saytının elektron ünvanına məktub göndərib və üzləşdiyi çətinliklərlə bağlı Cənab Prezidentə ünvanladığı müraciətini dərc etməyimizi xahiş edib.

2-ci qrup əlil Məhəmməd Həsənovun müraciətini olduğu kimi təqdim edirik:

   Hörmətli Cənab Prezident! Hörmətli Mehriban xanım!

Mən 12 ildir ki,ağciyər xəstəliyindən əziyyət çəkirəm. Torpağımı,maşınımı satıb,müalicəmə xərcləmişəm.Sonrakı mərhlədə isə maddi imkansızlıqdan müalicələrim yarımçıq qalıb.Sağlamlığıma qovuşaq üçün bir neçə banka kredit üçün müraciət etsəm də imtina cavabı aldım.Bildirdilər ki,əlil olduğun üçün sənə kreditin verilməsi mükün deyil.

 Hörmətli Cənab Prezident! Hörmətli Mehriban xanım!

Sizə müraciət etməyimin iki əsas və önəmli səbəbi var.Diqqətinizə çatdırım ki,hazırda iki azyaşlı övladımdan və işsiz həyat yoldaşımdan ibarət  ailəm olduqca ağır maddi sıxıntı içərsində yaşayır.Əgər buna yaşmaq demək olarsa.İş üçün dəfələrlə Mingəçevir şəhər Məşğulluq Mərkəzinə müraciət etmişəm.Ancaq əlil olduğumu əsas gətirərək mənə iş verməyiblər.Məşğulluq Mərkəzinin direktoru Elçin Abdullayev deyir ki,sən əlilsən, əmək fəaliyyəti ilə məşğul ola bilməzsən.heç olmasa,mən açıq hava şəraitində bağban da işləyə bilmərəm?Axı mən imkansizliqdan vaxtlı-vaxtında müalicə də oluna bilmirəm.Aldığım pensiya isə bu yaxınlarda artaraq 130 manat olub.Qaldığım evin kirayəsi elə 130 manatdır.Böyük ehtimalla məmurlar inamaycaq.Amma,mən son 1 ildə 2 məktəbli uşaqla 19 dəfə ev dəyişmişəm.Çünki kirayəni ödəyə bilmirəm, pulu ödəyə bilməyəndə evin yiyəsi çıxarıb atır çölə.Artıq Mingəçevirdə əksəriyyət durumumuzu bilir.Bu dəfə də çölə atılsaq,2 azyaşlı uşaqla, həyat yoldaşımla küçələrdə qalacağıq.Tam səmimi deyirəm,aldığım pensiyanın üstünü qohumlar düzəldir ki,biz küçəyə atılmayaq.

 Hörmətli Cənab Prezident! Hörmətli Mehriban xanım!

Elə günlər olur ki,ac qalırıq.Həyat yoldaşımin ayaqları tutulub,öd kisəsi süzmür,qadın xəstəliklərindən əziyyət çəkir.Bununla belə, göyərti satır ki, heç olmasa gündəlik çörəyimizi alaq.Onun satdığı göyərtidən günə 3-4 manat qazanc qalır.Onun da 1 manatı çörəyə gedir, yerdə qalanı isə kənara atırıq və bir neçə gün toplayıb apteklərdən borca aldğımız dərmanların pulunu ödəyirik. Nə vaxta kimi kirayələrdə 11 və 13 yaşında olan 2 ac oğlu dövlətə gələcəyin əsgəri kimi necə böyüdəcəm? Ağır həyat şəraitimiz uşaqlara əsəb gətirir,onları aqressiv edir.Hər iki övladım qidasızlıqdan əsəb xəstəliyinə tutulub.Yerlərdəki məmurlar isə maddi sıxıntı içərisində boğlunan vətəndaşın heysiyyatı ilə oynayırlar.

 Hörmətli Cənab Prezident! Hörmətli Mehriban xanım!

Son ümidim Sizlərədir.Yerlərdəki məmurladan bizə heç bir haray yoxdur.O qədər get-gələ salıblar ki,artıq onların əvəzinə özüm utanıram.Sizdən çox xahiş edirəm,mənə kömək edin!Mən havayı pul da istəmirəm.Heç olmasa minimum əmək haqqısı olan uyğun bir iş verilsin ki,hər gün gözləri əllərimizdə qalan məktəbli oğllanlarımın qarnını doydura bilim.Üzləşdiyim bütün çətinliklərə baxmayaraq,mən hələ də dövlətimə inanmaq istəyirəm.

Öncədən minnətdarlığımı bildirirəm!

Hörmətlə,hələ də ümid işığı sönməyən 2-ci qrup əlil Həsənov Məhəmməd

Mingəçevir şəhəri

KANAL32.AZ

Your email address will not be published.