Daha bir deputatın korrupsiya mexanizmi

0 31

Milli Məclisin deputatı Ağalar Vəliyevin korrupsiya mexanizmi ifşa edildi.

“Azəraqrartikinti”də korrupsiya tüğyan edir – Mühasibatlıq kart hesablarından vəsaitləri necə əldə edir?

Millət vəkillərinin özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olması birmənalı şəkildə qadağandır. Ölkə Konstitusiyasının 89-cu maddəsinin 4-cü bəndində konkret olaraq göstərilir ki, Azərbaycan Respublikası Milli Məclisinin (MM) deputatı sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir. Buna baxmayaraq, Milli Məclisdə mandat sahibi olan deputatların bir qismi bizneslə məşğul olur.Belə sahibkarlardan biri də hörmətli “Azəraqrartikinti” MMC-nin müşahidə şurasının sədiri Ağalar Vəliyevdir.

Ölkədə məmur özbaşınalığı rüşvət və korrupsiyanın tüğyan etməsi hər kəsə bəllidir.Məmurların tutmuş olduğu vəzifə səlahiyyətlərində necə sui-istifadə edərək dövlət büdcəsindən külli miqdar vəsaitlərin həzmrabedən kecirməsi də heç kəsdə təcüb doğurmur.

Real bir fakta diqqət yetirək. 2017-ci ilin sentaybr ayınından Gəncə şəhərinin Su-kanalizasiya sistemlərinin yenidən qurulmasını tender vasitəsi ilə “Azəraqratikinti” MMC-yə həvalə edilib.Sözügedən tikinti işlərinin maliyələşdirilməsi Dünaya İnkişaf Bankı vəsaiti hesabına həyata keçirilib.Amma,məsələnin başqa tərəfi var.Belə ki,bu şirkətdə ildə ən azı 2-3 dəfə işçilərlə əmək müqaviləsi ya bağlanılır ya da ki ləğv edilir.Məqsəd isə gün kimi aydındır.Külli miqdarda vəsaiti Vergidən və Dövlət Sosial Müdafiə Fondundan yayındırmaq.

Hazırda “Azəraqratikinti” MMC-də kütləvi surətdə ixtisarlarlar aparılır.Necə deyərlər yarpaqtökümü başlayıb.Amma şirkətin sahə rəislərinin və birqadirlərin əməkhaqqı kart hesablarına ayada 3500-4000 manat civarında pul köçürülür.Onalara isə əslində mühasibatlıq vasitəsi ilə 900 – 1000 AZN civarında  əmək haqqı verirlər.Məlumat üçün onu da qeyd edək ki,sözügedən şirkətin Gəncə ofisinin fəhlələri hər ay əməkhqqlarını “MuğanBank”ın Gəncə filalından alırlar.Bu filalın sədri isə  “Azəraqratikinti” şirkətinin sağ əli kimi tanınan Maqsud Gülməmmədovun oğludur.

Mənbəmizin məlumatında bildirilir ki,Maqsud Gülməmmədov qurduğu korrupsiya mexanizmi ilə maddi-texniki təhcizat üzrə materialların satışından əldə olunan milyonluq gəlirlərlə bərabər,hər ay təkcə “MuğanBank” vasitəsi ilə kartları əlindən alınmış şəxslərin əməkhaqqı kartlarından Ağalar Vəliyevə 1 milyona yaxın vəsait köçürülür.

Son günlər Ağalar Vəliyevə məxsus olan şirkətin başbilənləri işçiləri kütləvi surətdə ixtisara salmaqla ölkənin mövcud ictimai-siyasi vəziyyətinə böyük zərbə vururlar.

Qeyd edək ki,”Azəraqratikinti”tərəfindən hüquqları pozulan şəxslər əməkhaqqı kartlarına 3500-4000 manat pul köçürülməsi maxinasiyası ilə bağlı aidiyyatı qurumlara müraciət edəcəklərini bildirirlər.

Redaksiya olaraq,yazıda dıkeçən şirkətin və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Müəllif: Ərşad İbrahimov

Kanal32.az

Your email address will not be published.