Güləşçimiz erməniyə qalib gəldi və…– VİDEO

0 13

Zaur Əliyev erməni güləşçi Norayr Hakobyanla prinsipial qarşılaşmadan 7:2 hesabı ilə qalib ayrılıb və dünya üçüncüsü olub.

Kanal32.az xəbər verir ki,Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatının beşinci yarış günündə yunan-Roma güləşi üzrə mübarizəyə start verilib.

Zaur Əliyev (-55 kq) startda böyüklər arasında son dünya çempionu Nuqzari Tsurtsumia ilə üz-üzə gəlib. Gənc güləşçimiz güclü rəqibi üzərində əzmkar qələbə qazanaraq 1/4 finala yüksəlib. Növbəti görüşdə Zaur Qazaxıstan güləşçisi ilə qarşılaşıb. O, son dəqiqəyədək 0:4 hesabı ilə geridə olsa da, geridönüş edərək adını yarımfinala yazdırıb. Ancaq Rusiya güləşçisinə uduzduğu üçün noyabrın 2-də bürünc medal uğrunda görüşə çıxıb. Erməni güləşçi Norayr Hakobyanla prinsipial qarşılaşmadan 7:2 hesabı ilə qalib ayrılan Zaur dünya üçüncüsü olub.

Digər idmançımız Tuncay Vəzirzadə təsnifat mərhələsində Polşa idmançısına qalib gəlib. Lakin növbəti qarşılaşmada Hindistan güləşçisinə məğlub olub.

Eltun Vəzirzadə isə ilk görüşdə Danimarka təmsilçisini üstələsə də, 1/8 finalda Türkiyə pəhləvanı ilə bacarmayıb.

Qeyd edək ki, bu gün dünya çempionatında son gündür. Daha bir güləşçimizin qızıl, ikisinin isə bürünc medal şansı var.

Your email address will not be published.