Mingəçevir xəstəxanasında uşaqlar şikəst edilir-VİDEO

0 215

Mingəçevir şəhər xəstəxanasının doğuş şöbəsində daha bir körpə doğuş zamanı xəsarət alıb.

Bu barədə xəstənin həyat yoldaşı Xəyal Saadov Yeniavaz.com saytına müraciət edərək aidiyyatı qurumlardan kömək istəyir. Xəyal bildirir ki, həyat yoldaşı Günay İlham qızı 1 noyabr tarixdə xəstəxanaya doğuş üçün gətirilib:
“Həkimi Gülnarə Quliyeva bizdən 100 manat istədi. Bizim imkanımız olmadığına görə 50 manat verdik, yenə qane olmadı, üstünə 20 manat da qoyub 70 manat pul verdik. Uşaq da doğularkən körpücük sümüyünün qırığı ilə xəsarət alıb. Hal-hazırda uşağın gözündə, üzündə narahatçılıq var, vəziyyəti ağırdır. Uşaq dayanmadan ağlayır. Eşitiyimizə görə bu həkimin əlində bu ikinci uşaqdır ki, doğuş zamanı xəsarət  alır. Xahiş edirik bununla bağlı aidiyyatı qurumlar tədbir görsün. Həkimi axtarırıq tapmırıq, indi bizə deyirlər ki, həkim məzuniyyətə çıxıb”.

-Xəsarət alan uşağın atası Xəyal Saadov-

Mingəçevir Xəstəxanasının baş kəkimi Eldar Kərimovla məsələ ilə əlaqə saxladıq. Həkim bildirdi ki, xəstə sahibi prokurorluq orqanlarına müraciət etsin.

Məlumat üçün qeyd edək ki,Mingəçevirdə son bir neçə ayda 4-cü uşaq doğuş zamanı xəsarət alaraq şikəst edilib.Son 9 ayda isə 30-a yaxın uşaq  diri doğularaq ölüb.

Amma,görünən odur ki,İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi,Milli Məclisin Səhiyyə komitəsi və Səhiyyə Nazirliyi Könül Ələkbərovun rəhbərlik etdiyi xəstəxanandakı saysız-hesabsız movcud problemlərin araşdırılması üçün heç bir addım atmır…Görəsən,niyə???

P.S.Bu gün dövlətimizin,xalqımızın gələcəyinin,genefondunun əsasını təşkil edən uşaqların sağlamlığı aidiyyatı qurumların,səlahiyyət sahiblərinin və cəmiyyətimizin qarşısında duran ən başlıca vəzifədir.Və bu vəzifəni yerinə yetirməyənlər sadəcə bu xalqa,bu dövlətə xəyanət edənlərdir.

Kanal32.az

Your email address will not be published.