Nardaran və Pirşağı bələdiyyələri…-FOTOLAR

0 53

Nardaran və Pirşağıda bələdiyyələr xeyli abadlıq işləri aparıb

Bələdiyyələr təşkil olunduğu gündən indiyədək fəaliyyətdə olduğu ərazidə məskunlaşan sakinlərin sosial problemlərinin həlli istiqamətində lazımi işlər görüblər. Sakinlərin böyük əksəriyyəti ya bələdiyyələrin fəaliyyətindən, gördüyü işlərərdən razı qalıb, ya da fəaliyyətsizliklərindən şikayətləniblər. Amma uzun illərdir bələdiyyələrin fəaliyyətləri  həmişə diqqətimizdə olduğundan, haqqında yazdığımız qurumlar Sabunçu rayonunun aktiv qəsəbə bələdiyyələrindən hesab olunur.

Azbelediyye.az-ın müxbiri bildirir ki,Nardaran qəsəbəsində son illər xeyli abadlıq-quruculuq işlərinin aparılması göz oxşayır. Qəsəbədə aparılan yeniliklər, sakinlərin ürəyincədir. Bələdiyyəyə Əlihüseyn Ağayev sədrlik edir. Onun sözlərinə görə, qurumun büdcəsi hesabına sakinlərin sosial problemləri həll olunur, qəsəbədə aparılan abadlıq işlərinə dəstək verilir və imkansızlara yardım göstərilir. Bayramlarda imkansız və kimsəsiz ailələrə bayram sovqatları verilir. Mübariz İbrahimov və Məmmədbağır Bağırzadə küçələrində aparılan abadlıq işlərinin sırasına qəsəbədə vaxtilə ucaldılmış 1941-1945-ci illərdə   II Dünya Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış kompleksin abadlaşdırılmasını əlavə etmək olar.

 Qurum xeyirxahlıq missiyasını da davam etdirir. Belə ki, 11 saylı internat məktəbində kimsəsiz uşaqlar sevindirilib və onlara bayram sovqatı verilibdir.Nardaran bələdiyyəsi həmçinin rayonda keçirilən dövlət əhəmiyyətli tədbirlərdə də  fəal iştirak edir.

Rayonun digər fəal bələdiyyələrindən biri də Pirşağı bələdiyyəsidir. Quruma rəhbərlik edən Şakir Quliyevdir. Nardaranda olduğu kimi, adı çəkilən qəsəbədə də xeyli abadlıq işləri görülüb. Əsas yollar abadlaşdırılıb və ağardılıb. Təzə məktəbin yolu, 2 saylı savxoza gələn magistral yol təmir edilib və küçələr ağardılıbdır. Hər bayram kimsəsizlərə, imkansız, şəhid, əlil və Qarabağ müharibəsi veterenlarının ailələrinə bayram payı, sovqat verilib. Əlavə olaraq, 20 nəfər imkansızın müalicə xərclərinə yardım göstərilib.  Gələcəkdə də Pirşağıda lazımi işlərin görüləcəyi planlaşdırılır.

AZBELEDİYYE.AZ (“Azərbaycan Bələdiyyəsi” qəzeti)

Your email address will not be published.