“Ağac soyqrımı”na qarşı etirazlar artır-VİDEO

0 33
Kanal32.az xəbər verir ki,Samux rayonu ərazisində sözün əsl mənasında ağaclara qarşı “soyqrım” həyata keçirlir.
Amma,nədənsə müvafiq qurumlar,xüsusən də Ərazi Ekologiya və Təbii Sərvətlər idarəsi fil qulağında yatıb…Görünür,müvafiq qurumlar hələ də anlamırlar ki,ölkə başçısı cənab İlham Əliyev dəfələrlə yaşıllıqların qorunması ilə əlaqədar öz mövqeyini açıq və kəskin şəkildə ortaya qoyub.

Cənab Prezident bildirib ki, Azərbaycan mövcud qanunvericiliyində ağacların qanunsuz kəsilməsinə görə inzibati cəzalar nəzrdə tutulub və daha sərt tədbirlərin görülməsi üçün hüquqi əsaslar var: “Müvafiq qurumlar öz üzərlərinə düşən vəzifələri və öhdəlikləri layiqincə yerinə yetirməlidirlər ki, ağacların kəsilməsinə imkan verilməsin. Əlbəttə, Azərbaycanda iqtisadiyyat inkişaf etdikcə, yeni iş yerləri açıldıqca, müəssisələr işə salındıqca əlavə yerlər lazım olur. Amma təbii ki bunların heç biri ağacların kəsilməsi hesabına olmamalıdır. Çünki bu ağaclar hər bir vətəndaşın sağlam ekoloji mühitdə yaşaması üçün lazımdır. Hazırda geniş miqyasda ağaclar əkilir, yaşıllıq zolaqları salınır ki, havanın təmizliyi təmin edilsin”.

Yəqin ki, aidiyyatı qurumlar mövcud vəziyyətdən xəbərdardılar.”Ağac soyqrımı”nın yer aldığı videomaterialı təqdim edirik:

Qeyd edək ki,aidiyyatı qurumların və cavabdeh təşkilatların mövqeyini dərc etməyə hazırıq.

kainat.tv

Your email address will not be published.