İcra başçısı problemləri dinlədi və…-FOTOLAR

0 84

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açıq mikrafon xarakterli növbəti səyyar görüşünü keçirib.Bir sıra problemlər gündəmə gəlib.

Kanal32.az-ın məlumatına görə,səyyar görüş şəhərin Ş.İ.Xətai 3a, 1 ünvanında baş tutub.

Görüş yerinə gələn Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov öncə sakinləri salamlayıb və onlarla görüşdən məmnunluğunu ifadə edib.O,ölkəmizdə həyata keçirilən islahatlardan,xalqımızın sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən mühüm layihələrədn,tədbirlərdən danışıb.Prezident İlham Əliyevin ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olması sahəsindəki məqsədyönlü addımlarını qeyd edib.İcra başçısı,onu da diqqətə çatdırıb ki, Mingəçevirdə 27 binanın bloku təmir olunub,binalarda dam örtüyü yenilənib,binların giriş hissələrinə qapılar qoyulur,  pəncərələrə şüşələr salınır. hündürmərtəbəli binaların liftlərinin tam şəkildə yenilənməsi istiqamətində işlər aparılır.O cümlədən,Mingəçevirdə binaların istilik sisteminin bərpası üçün yeni müasir tipli qazanxanaların qurulması ilə bağlı “Azəristilik”lə aparılan danışıqların müsbət nəticəsini qeyd edib.Bildirlib ki,ilkin mərhələdə şəhərdə iki müasir qazanxananın tikiləcək.“Azərsu” ASC ilə ilə aparılan danışıqlar nəticəsində yaşıllıqların suvarılması ilə bağlı problem də demək olar ki, öz həllini tapıb”,deyə icra başçısı bildirib.  

Səyyar görüşə yaxınlıqdakı digər binaların sakinləri də qatılıblar.Onlar görülən işləri yüksək qiymətləndiriblər, eyni zamanda narahatlıq doğuran bir sıra problemlərdən danışıblar.Sakinlərdən Xalid Məmmədov,Yazgül Hüseynova,Abdul Azakov,Fərhad Abdullayev,Yusif Xasıyev,Eldar Ağayev və təqaüdçü-pedaqoq Nailə Qarayeva çıxış edərək bildiriblər ki,istilik sistemi yoxdur,bəzi binalarda kanalizasiya suları zirzəmiyə axır,dezinfeksiya işləri aparılmadığından üfunət iyindən mənzillərdə oturmaq olmur,bəzi binaların qarşısındakı kanalizasiya quyularının üzərinə qapaq qoyulmayıb.

Məhəllə sakini Yusif Xasıyev isə yaradılan nümunəvi məhəllələrin sakinlər tərəfindən qorunmasınının vacibliyini önə çəkib və təklif edib ki,şəhəri zibilləyən insanlara qarşı cərimələr tətbiq edilsin.

Bütün çıxışları diqqətlə dinləyən və özündə qeydiyyat aparan İcra başçısı problemlərin həlli üçün müfafiq qurumların rəhbərlərinə  göstərişlərini verib.Sakinlər tərəfindən səsləndirilən təkliflərlə bağlı yerindəcə baxış keçirməyi tapşırıb.Şəhər rəhbəri sakinləri əmin edib ki,onların sosial-rifah halının yaxşılaşması üçün bundan sonra da müxtəlif layihələr həyata keçiriləcək.O cümlədən,qaldırılan problemlər qısa zamanda həllini tapacaq.

Müəllif: İxtiyar Həsənli

Your email address will not be published.