Baş tibb bacısının 1500 manatlıq ad günü-FOTOLAR

0 1. 176

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında qanun pozuntuları ilə müşayət olunan olaylar hər ötən gün biri-birini əvəz etməkdədir.

Bir müddət öncə redaksiyamıza bəzi ilginc məlumatlar daxil olub.Belə ki,adının çəkilməsini istəməyən tibb işçilərindən birinin bildiridyinə görə sentyabrın 25-də Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında “dədbdəbəli” ad günü keçirilib.Həmin günün “qəhrəmanı” isə xəstəxananın de-fakto ikinci şəxsi sayılan və az qala bütün həkimlərin də qorxduğu  Baş tibb bacısı Vəfa xanım olub.O Vəfa xanım ki,onu xəstəxana direktoru Könül Ələkbərov özü ilə Gəncədən gətirib.( sanki 600-dən yuxarı orta tibb işçisinin olduğu Mingəçevirdə Baş tibb bacısı təyin etməyə adam olmayıb)Mənbənin məlumatına görə,ad günü aşağı mətbədə laboratoriyanın mətbəxində keçirilib ki,bəzi narazı adamlar bundan xəbər tutmasın.Mərasimin təşkilatçısı isə Sima adlı xanım olub.

Əslində ad günün keçirilməsi nə qanun pozuntusudu,nə də qəbahət…Məsələnin başqa əmması var.Redaksiyamıza daxil olan səs yazısında bildirlir ki,ildə iki dəfə- 8 Martda və doğum günündə Baş tibb bacısı Vəfa xanımın şərəfinə adambaşına 50 manatdan pul yığılır.Hər dəfə isə bu məbləğ minimum 1500 manat civarında olur.Deməli,ildə ən azı 3000 manat…Bəli,başqalarına ad günü keçirmək və hədiyyə qəbul etmək qadağan olunduğu bir xəstəxanada “xüsusi statuslu”,”xüsusi imtiyazlı” şəxs varmış…

Redaksiyaya daxil olan ad günü fotoları və o fotolardakı əhval-ruhiyə bunu deməyə əsas verir.Ancaq bu fotolarda bir məqam diqqətdən qaçmır.Doğum günü partisində çəkilmiş şəkillərə bəzək-düzək verən Vəfa xanım başının üzərində dayanan şəkilin varlığını tamam unudub.

Bu fotoda Cənab Prezidentin şəkilinə diqqətlə baxın və indiyə kimi adı müxtəlif qanunzuluqlarda və qalmaqallarda hallanan direktor Könül Ələkbərovun “işgüzar kadrı” Vəfa xanımın ölkə başçısına olan “hörmətinə” qiyymət verin…

İnformasiyanı verən mənbə onu da bildirib ki,pulun böyük əksəriyyətini tibb bacıları yığıb.Çünki onlar qorxularından özlərini “şirin satırlar”.Əks halda gözdən düşər və Vəfa xanım onları direktor vasitəsi ilə xırda “çp”lərə görə ağır cəzalandıra bilər.Ona görə də,həm 50 manatdan pul yığıblar,həm də şəkildən də gördüyünüz kimi biri-birindən fərqli tortlar sifariş ediblər.

   

Təbii ki,tibb bacıları və bəzi “padruqa” həkimlər bu işləri könüllü etdiklərini deyəcəklər.Hətta,sabah çıxıb imzaları ilə rəsmi bəyanat versələr belə biz təəccüblənməyəcəyik.

   

Görəsən,qalmaqallı hərəkətləri ilə “düzlükdən”,”qanundan”,”peşəkar idarəetmə”dən dəm vuran,əksər mingəçevirli tibb işçilərini gözümçıxıdya salan direktor Könül Ələkbərovun bu işlərdən xəbəri yoxdur?

Qeyd edək ki,yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…

Azbelediyye.az

 

Your email address will not be published.