Mingəçevirin İcra başçısı sakinlərə niyə müraciət etdi?

0 48

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti dəfə səyyar qəbul keçirib.

Azbelediyye.az-ın məlumatına görə,səyyar görüş bu dəfə şəhərin 9 №-li tam  orta məktəbinin akt zalında  baş tutub.Görüşdə Rəsul Rza küçəsi 18,25, Sabir küçəsi 1,3,6, M.Maqomayev küçəsi 10,12,14 saylı binaların sakinləri iştirak edib.

Giriş sözü ilə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi islahatlardan və ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdən danışıb.Ardınca şəhər rəhbəri keçirilən səyyar görüşlərin və qəbulların məqsədini sakinlərin diqqətinə çatdırıb.O bildirib ki,məqsəd ilk növbədə sakinlərin üzləşdikləri problemləri dinəmək,onların həlli üçün müvafiq addımlar atmaq,səsləndirilən təklifləri dəyərləndirmək və görülən işlərlə bağlı məlumat verməkdir.

Çıxış edən məhəllə sakinləri şəhərdə həyata keçirilən quruculuq işlərini təqdir etdiklərini,amma bununla yanaşı bir sıra həlli vacib problemlərin olduğunu dilə gətiriblər.Qeyd olunub ki,şəhərdə yaşıllıqların suvarılmaması və qurumuş ağacların vaxtında budanmamamsı sahəsində bir sıra problemər var.İstilik təchizatının bərpası da sakinlərin həllini səbrsizliklə gözlədiyi problemlərdəndir.Şəhər sakini Gülçöhrə Abdullayeva isə bir ayağı amputasiya olunmuş həyat yoldaşının Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında üzləşdiyi özbaşınalıqdan və şikayət edib.

İcra Hakimiyyətinin başçısı çatışmazlıqların aradan qaldırılması üçün idarə və təşkilat rəhbərlərinə aidiyyatı üzrə tapşırıqlarını verib və digər işlərin də mərhələ-mərhələ həll olunacağını diqqətə çatdırıb.

Sonda isə icra başçısı sakinlərə müraciət edib:“Gəlin,Mingəçevirin gözəlliyini, səliqə-sahmanını hamılıqla qoruyaq.Bura bizim şəhərimizdir, yaradılan gözəllikləri, yaşıllıqları, park və digər istirahət məkanlarını,  uşaq əyləncə qurğularını qorumaq, təmizliyə nəzarət etmək hər bir şəhər sakininin vəzifəsidir.”

Müəllif:İxtiyar Həsənli

Azbelediyye.az

Your email address will not be published.