Moskvada Peyğəmbərimizin Mövludu günü qeyd olunub-FOTOLAR

0 224

Moskva şəhərində fəaliyyət göstərən İslam Mədəniyyət Mərkəzində Məhəmməd peyğəmbərin Mövludu günü münasibəti ilə geniş tədbir keçirilib.

Kanal32.az xəbər verir ki,Mərasim iştirakçıları öncə axşam namazı qılıblar.Sonra İslam peyğəmbərinin mövludu günü münasibəti ilə İslam Mədəniyyət Mərkəzinin təşkil etdiyi elmi-praktik konfrans öz işinə başlayıb.Açılış nitqi ilə çıxış edən İslam Mədəniyyət Mərkəzinin rəhbəri Əkbər Ciddi toplantı iştirakçılarını salamlayıb,bu gününün əhəmiyyətindən danışaraq, hər kəsi bu münasibətlə təbrik edib.Həmçinin,peyğəmbərimiz Həzrət Məhəmmədin (s) şanlı ömür yolan həsr olunan”Müqəddəs Məhəmməd və onun insanlıq naminə atdığı addımlar” mövzusunda geniş məruzə edib.

Mərasimdə çıxış edən “Əhli-Beyt” İslam İctimai Birliyinin sədr müavini Hacı Asif Bağırov və Hacı Namiq Abuşov Həzrət Məhəmməd peyğəmbərin (s) bütün dünyaya örnək olacaq həyat yolundan,onun bəşəri dəyərlər və insanlıq naminə etdiyi müqəddəs işlərdən bəhs ediblər.Əhli-beytin (ə) nəzərinə görə Peyğəmbərimiz (s) dünyaya gəldiyi bu gün və bu gecə çox mübarək gecədir.

Daha sonra  bayram mərasimində Həzrət Məhəmməd peyğəmbərin (s) şənninə xütbələr və şeirlər oxunub.

Sənan Həsənoğlu

“Kanal32” İnformasiya Agentliyinin Moskva bürosu

Your email address will not be published.