Mingəçevirdə 10 min ağac əkildi-FOTOLAR

0 291

Mingəçevirdə 10 min ağac əkildi.

Böyük mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünə mingəçevirlilər  qoşuldular.Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dahi şair İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibəti ilə bir gündə ölkəmizdə 650 min ağac əkilməsi yekdilliklə müdafiə olunub. Nəsimi poeziyasının fəlsəfəsi təbiət gözəlliklərinin, saf, bəşəri duyğuların, şəxsiyyət azadlıqlarının tərənnümü üzərində qurulub və Azərbaycan ədəbiyyatının daha da zənginləşməsində misilsiz rol oynayıb.

Mütəfəkkir şairin yaradıcılığında insan və təbiət münasibətlərinin hormoniyası xüsusi yer tutduğuna görə onun xatirəsinin bu konteksdə genişmiqyaslı yaddaqalan tədbirlə əbədiləşdirilməsi ölkəmizin yaşıl, çiçəklənən diyara çevrilməsinə, ətraf mühitin sağlamlaşdırılmasına verilən dəyərli töhfədir. Bu təşəbbüs ölkəmizin hər yerində yaşıllıqların, meşə sahələrinin artımına şərait yaratmaqla ekoloji mühitin sağlamlaşdırılmasına böyük təkan verəcək.

Dekabrın 6-da bu möhtəşəm təşəbbüsə qoşulan mingəçevirlilər iməcilik keçirərək şəhərdə 10 min ağac əkiblər.Səhər tezdən şəhərin giriş hissəsinə toplaşan şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, təhsil və mədəniyyət ocaqlarının, Yaşıllaşdırma və sanitar təmizlik idarəsinin, Mənzil Təsərrüfatı və Abadlaşdırma idarəsinin,o cümlədən digər idarə və təşkilatların təmsilçiləri hamılıqla bu möhtəşəm tədbirdə iştirak ediblər.

Gün ərzində şəhərin giriş hissəsindəki 2,4 ha ərazidə salınan seyrəngahda, Heydər Əliyev prospekti boyunca küçənin hər iki tərəfində, “Dostluq” parkında, Samux küçəsində, Aşıq Qurbani dairəsində, Sağ sahildə, energetiklər qəsəbəsində, eləcə də Mingəçevirin digər küçə və məhəllələrində 10 min həmişəyaşıl ağac əkilib. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və işçiləri, ictimaiyyət nümayəndələri ağac əkimində fəallıqla iştirak ediblər.


Mətanət Məmmədova

Your email address will not be published.