Demokratik seçkilər keçirən məntəqələr də varmış-FOTOLAR

0 69

Secici aktivliyi,əvvəlki bələdiyyə sədrinin məğlubiyyəti və gənclərə açılan yol…

Məlum olduğu kimi dekabrın 23-də Azərbaycanda yerli özünüidarə orqanlarına-Bələdiyyələrə seçkilər keçirilib.Ancaq seçkilər başa çatsa da,hələ də bəzi dairə və məntəqələrdə səslərin saxtalaşdırılması ilə bağlı iddialar gündəmdən düşmür.Gəncə,Mingəçevir,Yevlax,Bərdə,Tərtər,Şəki və Beyləqandakı bəzi seçki məntəqələrində namizədlərin nümayəndələri ilə komissiya üzvləri arasında,o cümlədən seçicilər arasında qalmaqallı anlar yaşanıb.

Biz də “Kanal32” İnformasiya Agentliyi olaraq seçki prosesini diqqət saxlamğa çalışmışıq və bir neçə rayon və kəndlərdə seçklərini gedişini izləmişik.Məsələn,47 saylı Mingəçevir Seçki Dairəsinin 1 saylı,49 saylı Mingəçevir-Yevlax Seçki Dairəsinin 32 saylı məntəqələrində səsvermə üçün kifayət qədər demokratik mühit yaradılmışdı və həmsöhbət olduğumuz seçicilər də,namizdələr də öz razılıqlarını ifadə etdilər.Amma,47 saylı Mingəçevir Seçki Dairəsinin 3 saylı məntəqəsi ilə bağlı bunu demək olmaz.Çünki namizədlərdən biri-Nəriman Hüseynov bir seçicinin qeydiyyatda olmadığı məntəqədə səs verməyə cəhd etdiyini videolentə alıb və həmin fakt sosial şəbəkələrdə yayılıb.Təbii ki,tədbir görmək və faktı araşdırmaq MSK-nın işidir.

Seçki öncəsi mətbuat səhifələrində bir neçə icra başçısının seçkilərin nəticələrinə təsir göstərmək üçün hərəkətə keçdiyi və özlərinin yeni və köhnə “kadr”larının “qutudan çıxması”na çalışdıqları bardə məlumatlar yayıldı.Adı hallanan icra başçılarından biri də  Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov idi.Ancaq çəkiliş qrupumuzun 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsinin Filfilli kəndində yerləşən 18 saylı Seçki Məntəqəsində müşahidə etdikləri və lentə aldıqları mənzərə iddiaların əksini ortaya qoydu.

Hətta,yaşlı və xəstə insanlar belə seçki məntəqəsinə gələrək öz iradələrini ortaya qoyudular.

Siyahı üzrə 506 nəfər seçicinin olduğu 18 saylı məntəqədə Bələdiyyə seçkiləri üçün xarakterik olmayan aktivlik xüsusi ilə diqqət çəkib.

Seçki məntəqəsində medianın və namizədlərin müşahidə aparaması üçün qanunvericiliyin tələblərinə uyğun olaraq hər cür imkan yaradılıb.Bülletenlərin sayılması prosesi tam şəffaf şəkildə aparılıb.Nə namizədlərin müşahidəçilərinin,nə də komissiya üzvlərinin hər hansı bir etirazı qeydə alınmayıb.Bunun bariz nümunəsi kimi müşahidəçilərə yekun protolkulun təsdiq olunmuş nüsxəsinin verilməsini göstərmək olar.

117 saylı Oğuz-Qəbələ Seçki Dairəsinin Filfilli kəndində yerləşən 18 saylı Seçki Məntəqəsinin sədri Dağlar Cabbarov Kanal32.az-a açıqlamasında bildirib ki,seçkilərin şəffaf və demokratik keçirilməsi tam təmin edilib.İcra başçısı Eyvaz Qurbanovun seçkilərə müdaxilə etməsi və Filfillinin əvvəlki Bələdiyyə sədri Akif Nəsirovun seçilməsinə göstəriş verməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir və tam məsuliyyətlə deyirəm ki,birmənalı şəkildə belə şey olmayıb.Bunu vicdanı olan bütün məntəqə sədrləri təsdiq edə bilər.Əgər Akif Nəsriov tapşırılmış olsaydı o səsvermənin nəticələrində öz əksini tapardı.Mərkəzi Seçki Komissiyasının saytına yerləşdirilmiş rəsmi məlumatda Filfilli kəndinin 7 nəfərlik Bələdiyyə üzvləri içərsində köhnə sədr Akif Nəsirov axırıncı yerdə qərarlaşıb.Ona görə də kimsə seçkilərin nəticələrinə və şəffaf keçirilməsinə kölgə sala bilməz.

Mərkəzi Seçki Komissiyasının saytına yerləşdirilmiş rəsmi məlumat

Qeyd edək ki,redaksiyamıza daxil məlumatlarda bildirilir ki,bəzi icra başçılarından xəbərsiz YAP-ın rayon təşkilatlarının sədrləri Bələdiyyə seçkilərinə müdaxilələr ediblər və dəstəklədikləri namizdin “qutudan çıxması”ı üçün məntəqə sədrlərinə təzyiq göstəriblər.Hətta,seçki günü bir rayonun YAP sədri və icra hakimiyyətinin Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri birabaş köhnə Bələdiyyə sədrinə bir neçə telefonla zəng edərək seçki prosesinin necə getdiyini məhz ondan soruşublar.Bu rayonun və şəxslərin adlarını növbəti yazımızda dərc edəcəyik…

P.S.Ey qoca məmurlar,qocaları dəstəkləməkdən əl çəkin!Sizinin dövranınız artıq geridə qalıb.Siz bu günün tələbləri ilə ayaqlaşa bilmirsiniz.Bu günə qədər etdiklərinizə görə Sizlərə təşəkkürlər…Lütvən,gənclərə yol açın! Axı ölkə başçısı cənab İlham Əliyev bunu dəfələrlə bəyan edib…Yoxsa,duymadınız…???

Kanal32.az

Your email address will not be published.