Daha bir jurnalist namizədliyini irəli sürdü-FOTO

0 260

KANAL32.AZ xəbər verir ki,tanınmış jurnalist, Vüqar Ələkbərov 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

V.Ələkbərov namizədliyini 123 saylı Kəlbəcər Seçki Dairəsindən irəli sürüb. O, bildirib ki, lazım olan 500 imzanı toplayaraq DSK-na təqdim edib.Sabah komissiya onun işinə baxıb qərar qəbul edəcək.

 Vüqar Ələkbərov bu gün İmzatoplama prosesi  barədə Bakı Xəbər saytına müsahibə verib.

Vüqar Ələkbərov: “İmzatoplamanı şəxsən aparmağım mənə bu faktorla yaxından tanış olmaq imkanı verdi” .

Onun sözlərinə görə, Kəlbəcər rayon sakinləri kompakt halda bir yerdə yaşamırlar:“Bizim dairənin seçiciləri əsasən Bakı, Gəncə, Bərdə və Yevlax rayonlarında məskunlaşıblar. Biz rayon sakinlərinin imzasını almaq üçün nəinki şəhərdə imza topladıq, hətta yataqlarda yaşayan, heyvandarlıqla məşğul olan sakinlərlə də görüşüb imza aldıq. Həm də onların problemləri ilə maraqlandıq. Fərqli şəraitdə yaşayan insanların tam fərqli də problemləri olur. İmzatoplamanı şəxsən aparmağım mənə bu faktorla yaxından tanış olmaq imkanı verdi. Bilirəm ki, bu, komanda işi tələb edən prosesdir. Siz sosial şəbəkələrdə mənim paylaşımlarıma baxsanız görərsiniz ki, imzatoplama kampaniyasında məni bir neçə avtomobil müşayiət edir. Bu işi onlar da görə bilər. Özümün iştirakım daha məqsədəuyğun idi. Hesab edirəm ki, komanda işimiz özünü təbliğat və təşviqat dönəmində daha aydın göstərəcək”.

Qeyd edək ki, Vüqar Ələkbərov 1980-ci ildə Kəlbəcər rayonunda anadan olub. İnstitutu bitirdikdən sonra hərbi xudmətdə olub. XİA.az satrının rəhbəri olub. Onun yazıları dövrü mətbuatda çap edilib.

Your email address will not be published.