Mingəçevir ideal şəhərə çevriləcəkmi?-FOTO

0 239

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı 2020-ci ildə  sakinlərlə ilk görüşünü keçirib.

Bu dəfə o, şəhərin Sağ sahil yaşayış massivinin sakinləri ilə görüşib. 11 saylı məktəbin akt zalında  keçirilən tədbirdə icra başçısı İlham İsmayılov əvvəlcə  ötən ilin nailiyyətlərindən danışıb. Bildirib ki, 2019-cu il tarixdə dərin islahatlar ili kimi qalacaq: “Siyasi islahatlar, kadr islahatları, struktur islahatları, iqtisadi, siyasi və sosial sahələrdə aparılan islahatlar ölkəmizin gücünü artırıb”.

Sonra icra başçısı Mingəçevirdə görülən və görüləsi planlaşdırılan işlərdən söhbət açıb: “Bildiyiniz kimi, Mingəçevirdə müəyyən abadlıq işləri aparılıb. Bu abadlıq işləri şəhərin ən ucqar məkanlarını belə əhatə edəcək. Bununla da  hər kəs  Mingəçevirin ideal bir şəhərə çevrildiyinin şahidi olacaq”.

Şəhərin Sağ sahil massivinin diqqətdən kənarda qaldığını vurğulayan başçı artıq bu məkanda da abadlıq işlərinin aparıldığını qeyd edib: “Züleyxa Həsənova küçəsindəki binaların problemləri öz həllini tapıb. Demək istəyirəm ki, digər qaldırılan problemlər də mərhələli şəkildə aradan qaldırlacaq”. Daha sonra başçı tikintisinə bu il başlanacaq Xalça fabrikinin işsizliyin aradan qaldırılmasına öz töhfəsini verəcəyini qeyd edib.

Sakinlərdən Sədaqət Mustafayeva, Qurban Qarayev məhəllələrindəki problemlərin həll olunduğunu deyiblər,eyni zamanda minnətdarlıqlarını ifadə ediblər.Digər çıxış edən sakinlər hazırda mövcud olan problemləri dilə gətiriblər. İcra başçısı İlham İsmayılov  isə öz növbəsində bütün problemlərin tədricən aradan qaldırılacağını deyib.

azbelediyye.az

Your email address will not be published.