Telejurnalistin namizədliyi təsdiqləndi-FOTO

0 59

Telejurnalist Sənan Həsənoğlunun namizədliyi 82 saylı Ağcabədi seçki dairəsindən qeydə alınıb.

Kanal32.az bildirir ki,media sahəsində böyük təcrübəyə malik Sənan Həsənoğlu (Abdullayev) Qarabağ bölgəsində kifayət qədər nüfuza malikdir. O, yerli əhali arasında movcud imkanlarını dəyərləndirərərk parlament seçkilərinə qatılmaqla ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak etmək qərarına gəlib.

Uzun illər AzTv-nin Qarabağ bölgəsində müxbir işləmiş S.Həsənoğlu (Abdullayev) ötən ildən Rusiya Azərbaycanlıları Diasporları Konfederasiyasının mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır.

Qeyd edək ki,telejurnalist Sənan Həsənoğlu (Abdullayev) həm də Qarabağ uğurunda gedən döyüşlərin iştirakçısıdır.

Kanal32.az

Your email address will not be published.