Ədliyyə Nazirliyinin “Şərurlu İsfəndiyar”a gücü çatmır

0 120
Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəhbəri Nurəddin Mustafayev “Şərurlu İsfəndiyar”ı himayə edir..
Adı hər zaman qalmaqallarda, dələduzluqda və digər mənfi olaylarda hallanan İsfəndiyar Axundovun başı yenə cəncəldədir. Onun biznesi ilə bağlı həmişə ciddi suallar olub və yenə də var. “Google”da kiçik axtarış aparmaq kifayətdir ki, onun adının mənzil dələduzluğuna dair saysız-hesabsız qalmaqallarda çəkildiyinə, tikinti kooperativləri tərəfindən aldadılaraq pulları əllərindən alınmış çoxsaylı vətəndaşların prezidentdən başlamış ən müxtəlif instansiyalara yazdıqları saysız-hesabsız şikayətlərdə baş rolda yer aldığına şahid olasan. Maraqlıdır ki, hər dəfə də “Şərurlu İsfəndiyar” kimi tanınan bu şəxs sudan quru çıxmağı bacarıb. Amma cumhuriyyet.az olaraq indi təqdim edəcəyimiz olayın sonu ya İ.Axundovun həbsi ilə bitməli, ya da bu oliqarx Azərbaycanda qanundan və prezidentdən üstün olduğunu göstərməlidir. “Şərur” MTK   tərəfindən aldadılaraq maddi və mənəvi   zərərçəkmişlər (hazırda tələbkarlar)  Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti xanım Mehriban Əliyevaya  müraciət ediblər. Surəti cumhuriyyet.az-a göndərilən həmin müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:

“Çox hörmətli Birinci Xanım və Birinci Vitse-Prezident!

Tam əminliklə bildiririk ki, hörmətli Prezidentimiz İlham Əliyev Cənablarından və  Sizdən başqa heç kim mənzillərimizi bizə qaytarmayacaq. Buna görə yenə son ümid yeri olaraq Sizə müraciət etmək məcburiyyətində qaldıq.Məlumat üçün bildirək ki, 2011- ci ildə  “MUR-AY” MMC-nin vətəndaşlara yaratdığı ciddi problem hörmətli  Prezidentimiz İlham Əliyev Cənablarının diqqətini cəlb etmiş və problemin həll edilməsi üçün aidiyyatı dövlət qurumlarına müvafiq göstəriş vermişdir.  29 dekabr 2011-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyəti başda olmaqla 17 dövlət qurum və təşkilatları, həmçinin “Şərur” MTK da bu problemin həllinə cəlb olunaraq birgə müqavilə imzalamışlar. Problemin həlli Bakı ŞİH-nin sərəncamı ilə “Şərur” MTK-ya tapşırılmış və “MUR-AY” MMC-nin bütün əmlakları o cümlədən müqavilə öhdəlikləri “Şərur” MTK-nın üzərinə qoyulmuşdur. Əlavə olaraq  “Şərur” MTK-ya Yasamal rayonu, Kənar dairəvi küçəsi ünvanda (hazırda Məhəmməd Xiyabani küçəsi 11)  4 hektar torpaq sahəsı və on  milyon (10 000 0000) AZN maliyə yardımı ayırlmışdır.  Aidiyyatı dövlət orqanları da müqaviləyə uyğun olaraq “Şərur” MTK-ya üzərlərinə düşən bütün digər yardımları etmişlər. Bunun müqabilində “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov şəxsən imzaladığı bu müqavilənin 35-ci bəndinə uyğun olaraq “MUR-AY” MMC zərərçəkənlərini  2 il müddətdə, yəni geci 2014-cü ildə mənzillə təmin etməli idi.   2018-ci ildə Sizə müraciətimiz əsasında işimizi nəzarətinizə götürmüş, işin qanunauyğun və ədalətli araşdırılması üçün göstərişinizi vermişdiniz. Nəticədə Bakı Apellyasiya Məhkəməsində eləcədə Ali Məhkəmədə qanuni və ədalətli qərar çıxarılmışdır.

Çox mərhəmətli Mehriban Xanım!  Sizin ədalətiniz sayəsində bütün məhkəmələrdə çıxarılmış qanunauyğun  qərarlar əlimizdə ola-ola biz heç cürə mənzillərimizə qovuşa bilmirik. Bunun başlıca səbəbkarı isə  “məğlub edilməz iş adamı” İsfəndiyar Axundovun, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəhbəri Nurəddin Mustafayev tərəfindən qətiyyətlə  himayə olunmasıdır. Çünki Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 iyul 2019-cu il tarixli qərarı ilə qüvvəyə minmiş və artıq 4 aydır ki, icraya yönəlmiş qərarın yerinə yetirilməsini Nurəddin Mustafayev bütün gücü ilə əngəlləyir. İcraya başlanmaq haqqında qərardan keçən 4 ay müddətində biz zərər çəkmişlər 5 dəfə  Nurəddin Mustafayevin qəbulunda olmuşuq. İlk görüşdə Nurəddin Mustafayev bizə bildirdi ki, İsfəndiyar Axundovun havadarları məndən xahiş ediblər ki, bu işin icarsını 1 ay gecikdirim. Biz də məcbur olub 1 ay gözlədikdən sonra Nurəddin Mustafayevlə növbəti görüşdə o bizə bildirdi ki, 1 gün içərsində şəxsən bu işlə məşğul olacaq və bu problemi həll edəcəyəm. Bundan sonra keçən 1 ay müddətində dəfələrlə Nurəddin Mustafayevlə görüşməyə cəhd etsək də o bizi qəbul etməkdən qəti olaraq imtina edir. Hətta İcra Baş İdarəsində bəzi adlarının çəkilməsini istəməyən məmurların biz zərərçəkənlərə qeyri-rəsmi olaraq  bildirdiklərinə görə, işinizin bu idarədə düzəlməsi mümkün deyildir. Beləki idarənin rəhbərliyi İsfəndiyar Axundovla uzun illərə dayanan çox isti münasibətdədirlər və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsində  elə fikir yayılmışdır ki, guya  Heydər Əliyev Fonduna İsfəndiyar Axundov tərəfindən külli miqdarda vəsaitlər yönəldilmiş və hal-hazırda yönəldilməkdədir. Əlbəttə bütün bu fikirlər Nurəddin Mustafayevin öz vəzifəsini icra etməməsini ört basdır etmək üçün uydurduğu şayələrdir. Biz Sizin təmizlik və ədalət simvolu olan şəxsinizin və Ümummilli Liderin müqəddəs adını daşıyan bir Fondun İsfəndiyar Axundov kimi dələduzlarla bağlılığına inanmırıq.

 Çox Hörmətli Birinci Vitse-Prezidentimiz!

Sizdən acizanə xahiş və təvəqqə edirik ki, mərhəmətinizi bizim üzərimzdən əskik etməyərək,  “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundova və onu bütün gücü ilə müdafiə edən Nurəddin Mustafayev kimi öz başına  məmurlara hədlərini bildirəsiniz , mənzillərimizin bizə qaytarılmasına köməklik edəsiniz. Biz yalnız Sizin mərhəmətinizə sığınaraq inanırıq ki, təkcə ölkəmiz daxilində deyil, ölkəmizdən xaricdə də mərhəmətin simvoluna çevrilmiş ədalətiniz sayəsində Cənab Prezidentimizin verdiyi göstərişin tam həlli üçün köməyinizi əsirgəməyəcəksiniz. Qadir Allahdan Prezidentimizə, Sizə və dəyərli ailə üzvlərinizə möhkəm can sağlığı, qüdrət və xoşbəxtlik arzulayırıq.  Qadir Allahdan Ulu Öndərimiz Heydər Əliyevə rəhmət diləyirik!

Dərin hörmətlərlə,

  1. Əsədov Əli Musa oğlu,
  2. Əhmədov Sübhan Süleyman oğlu,
  3. Cəfərov Mafisəd İltizam oğlu,

4.Abbasov İlqar Vəlican oğlu,

5.Əliyev Zəfər Əlisahib oğlu,

6.Məmmədli Müzəffər Əli oğlu,

7.Şirinbəyova Maral Muxtarpaşa qızı,

8.Abasova Seyranə Şərəfxan qızı,

9.İsgəndərov Vidadi Təhlət oğlu,

10.Aslanova Nailə Vasif qızı,

11.Abasov Mahir Ruşan oğlu,

12.Talıbova Zibeydə Dadaş qızı,

13.Əliyev Qulamhüseyn Əlihüseyn oğlu,

14.Abıyev Anar İsrəfil oğlu,

15.Səfərov Alim Ərəstun oğlu.

cumhuriyyet.az

Your email address will not be published.