“Naqif Həmzəyev YAP-ın və Gəncənin adına ləkədir”-PREZİDENTƏ İLGİNC MÜRACİƏT

0 186

125 nəfər Gəncə sakini “Elmar Vəliyevin deputatı” ləqbi ilə “ad çıxarmış” Naqif Həmzəyevlə bağlı ölkə başısına müraciət ünvanlayıb.

Kanal32.az “Azərbaycan” İnformasiya Agentliyinə-aia.az-a daxil olmuş həmin müraciəti təqdim edir:

Azərbaycan Respublikasının Prezidenti,Yeni Azərbaycan Partiyasının sədri Cənab İlham Əliyevə

   Gəncə şəhərinin bir qrup sakini adından-Emin Abbasov,Ramin Məmmədov,Fizuli Məmmədov,Aygün Qasımova,İlqar Zeynalov,Elcin Məmmədov,Zaur Həsənov,Nicat Haçıyev,İbrahim İbrahimli,Fuad Cəfərli,İlqar Qulubəyov,Rövşən Məmmədzadə,Təranə Abbasova,Aytən Əskərova,Rövşən Hüseynov,Samir Quyliyev,Elxan Zeynalov,Aygün Sadıxova,İsmayıl İsmayılzadə,Sabit Hüseynov,Leyla Məmmədzadə,Rita Həsənova,Səbuhi Novruzov,Sevinc Qulubəyova,Azər Quliyev,Elşad Ələkbərov,Ahad Nəbiyev,Rita Həsənova və başqaları(ümumilikdə 125 imza) tərəfindən

                                                                     MÜRACİƏT

Çox hörmətli cənab Prezident, 27 dekabr 2019-cu il tarixində Yeni Azərbaycan Partiyasının qərarı ilə bu partiyanın namizədləri təsdiq olundu.Bu müraciəti edən şəxslərin hər biri Yeni Azərbaycan Partiyasının üzvüdür. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında ümumxalq partiyasına çevrilibdir. Partiyanın irəli sürdüyü namizədlərin siyahısında çox layiqli namizədlər var. Amma təəssüf ki, bu siyahıda deputat adına layiq olmayan şəxslər də var. Məsələn, konkret olaraq Gəncə şəhərinin 38 saylı Nizami ikinci seçki dairəsindən Həmzəyev Naqif Ələşrəf oğlu. Bu həmin Naqif Həmzəyevdir ki,Gəncə şəhərində bu adamın bir damcı hörməti yoxdur.

Cənab Prezident ,Siz 2013-cü ildə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamısız. Sizin sərəncamınızla,dövlətçiliyimizlə bağlı ilk dəfə olaraq Məmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi dövlət səviyyəsində qeyd olunmuşdur.

Naqif Həmzəyev isə,Ulu öndərimiz Heydər Əliyevin və Sizin dövlət səviyyəsində Məmməd Əmin Rəsulzadəyə və onun irsinə verdiyi qiymətə hörmətsizlik göstərərək bu şəxsin əleyhinə ağlagəlməz fikirlər söyləmişdir: “Tarixi məndən yaxşı biləcəksiz? Heç bilirsiz o Rəsulzadə respublika yaratmaq üçün nələr edib? Yaxşı şəxsiyyət olsaydı qurduğu respublikanı qoruyub saxlayardı. Rəsulzadə yaxşı kişi olsaydı, arvadına sahib çıxardı…O, bizim nə qədər sərvətimizi talayıb… Rəsulzadə satqın olub, o bizim İrəvanı və digər torpaqlarımızı satıb. Azərbaycanda qarşı xarici qüvvələrlə sıx əlaqədə olub.Niyə Rəsulzadənin büstü və ya heykəli qoyulmalıdır ki?! Mən bu cür tarixi şəxsiyyət tanımıram”.

Bu məsələ ilə bağlı millət vəkilləri parlament səviyyəsində onun bu hərəkətini çox sərt cavab verdilər.

Maraqlıdır, Naqif Həmzəyev zamanında Azərbaycan hakimiyyətinə qarşı sərt mövqe tutanlardan biri olub. Çox qəribədir ki, gəncəlilər çox gözəl xatırlayır, bundan öncə YAP-ı söyən Naqif Həmzəyevin sonradan elə həmin partiya tərəfindən namizədliyi irəli sürüldü və hazırda YAP-ın Gəncə şəhər təşkilatının sədridir. Bu müəmmalar çoxlarına məlumdur.Digər tərəfdən bu adam deputat olduğu müddətdə millət vəkili kimi fəaliyyət göstərməkdən çox, Elmar Vəliyevin köməkçisi vəzifəsini yerinə yetirib,gəncəlilərin yaddaşında Elmar Vəliyevin əlinin altında buyruqçusu,iclas zamanı stəkanlarla fasiləsiz ona su gətirən bir şəxs kimi qalıb.

Vaxtıyla “Mətanət-A” şirkətində mətbuat xidmətinin rəhbəri və PR meneceri kimi çalışan Naqif Həmzəyev bu barədə tərcümeyi halında bircə cümlə belə qeyd etməyib. Buna səbəb həmin şirkətin sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevə məxsus olması idi. Belə ki, Naqif Həmzəyev həmin dönəmlərdə Fərhad Əliyevə daha çox yaxın olmaq üçün bir xeyli canfəşanlıq edib. Yəni, bu şəkildə özünü hakimiyyətə yaxın göstərib . Sonra Elmar Vəliyevçi olub. Hətta bir müddət adı nurçu qalmaqalında hallanıb.

N.Həmzəyevin deputatlığı dövründə seçicilərə biganəliyi bir tərəfə qalsın, qardaşı Saqif Həmzəyev Gəncədə harın hərəkətləri, hətta bıçaqlanma hadisəsi ilə gündəmə gəlmişdi.

Partiyanın Gəncə təşkilatının sədri olan N.Həmzəyev biabırçı imicə və reputasiyaya malik adamdır, deputatlığı dövründə seçicilərin problemlərinə bir dəfə can yandırmayıb. Hələ biz onu demirik ki, çəpiş qulağı dişləyib bağırtmağı özünün ən sevimli xobbisi olduğunu deyən N.Həmzəyev Gəncə kimi şəhərin harasına yaraşır?

Çox xahiş edirik,şəkillərə baxın. Sizcə bir deputatın səlahiyyətləri bundanmı ibarətdir? Sabiq icra başçısının sənədləşmə işlərinə illərlə yardım etmək millət vəkilliyidirmi?Heç bir seçici ona müraciət etmir,dərdini danışmır,onsuz da bilir ki,heç bir yardım etməyəcək. Biz istərdik ki, YAP Gəncə kimi böyük şəhərdə hörmətli, qəbul olunan, əhali arasında nüfuza malik bir siyasətçinin,bir ziyalının namizədliyini dəstəkləsin?!

Naqif Həmzəyevin Gəncəni Milli Məclisdə təmsil etməsi Gəncəlilər üçün həqiqətən təhqirdir… Onun adının bu siyahıya salınması YAP – ın idarə heyətində yüksək vəzifə tutan qohumunun hesabına olub. Lakin bu qohum Naqif Həmzəyevin bacarıqsız və millət vəkili sözünü hörmətdən salanın biri olduğunu bilmir.

Gəncə əhalisi arasında Naqif Həmzəyevə qarşı olan nifrət dolayısı ilə bizim hər birimizin uğrunda ölümə belə gedəcəyimiz Yeni Azərbaycan Partiyasını hörmətdən salır.Əhali arasında bizə deyirlər ki,namizədiniz Naqif deyilmi???

Çöx hörmətli cənab Prezident,Sizdən artıq dərəcədə xahiş edirik ki,öz müstəsna hüququnuzdan və nüfuzunuzdan istifadə edib bu şəxsin namizədliyinin əvəzinə daha layiqli bir namizədin verilməsi məsələsini həll edəsiniz.

Mənbə:aia.az

Millət vəkili,yoxsa Elmar Vəliyevin “kağızdaşıyan”ı???

Your email address will not be published.