Mingəçevirdə rus bəstəkarının yubileyi keçirilib-FOTOLAR

0 57

Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbində dahi rus bəstəkarı M.İ.Qlinkanın 215 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbində dahi rus bəstəkarı M.İ.Qlinkanın 215 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbir iştirakçılarına əvvəlcə bəstəkarın həyat və sənət yolu haqqında geniş məlumat verilib.

Daha sonra görkəmli rus bəstəkarının “İvan Susanin” operasından “Slavsya” xoru, “Tarantella” mahnısı, “Mazurka” rəqsindən, “Kamarinskaya” fantaziyasından, “Ruslan və Lyudmila” operasından parçalar, eləcə də “Vida valsı” səsləndirilib.

Esmira Hidayətova

Your email address will not be published.