Bu dairənin nəticəsi ləğv olunur-SƏBƏBLƏR İSƏ…

0 296

82 saylı Ağcabədi Seçki Dairəsinin nəticələri ləğv oluna bilər.

“Kanal32”nin verdiyi xəbərə görə fevralın 11-də 82 saylı Ağcabədi Seçki Dairəsindən deputatlığa namizədlərdən 6 nəfər Abdullayev Sənan Həsən oğlu,İbrahimov Qasım Əhməd oğlu,Əmrahlı Əkrəm Əhməd oğlu,Məmmədov Fərid Murad oğlu,Hacıbəyli Cavid İbrahim oğlu və Nəcəfli Rəşid Mikayıl oğlu bəyanatla çıxış edərək Prezident İlham Əliyevə rəsmi müraciət ediblər.

Qeyd edək ki,sözügedən dairənin bir çox seçki məntəqələrində ciddi qanun pozuntuları qeydə alınıb.Bu zaman məlum oldub ki,inzibati resurslar hesabına YAP-ın əhali arasında nüfuzu aşağı olan namizədi Tahir Rzayevin “qutudan çıxarılması” üçün az qala bütün oyunlara və çirkinliklərə gedilib.Müşahidəçilər təhqir olunub,onlara zor tətbiq edilib və onların fəaliyyətinə imkan verilməyib.

Namizədlərin kanal32.az-a verdiyi məlumata görə,artıq onların rəsmi müraciətləri qəbul edilib və araşdırılması üçün nəzarətə götürülüb.Onların Mərkəzi Seçki Komissiyasına təqdim etdikləri aktlar,protokol nümunələri,foto və video faktlar araşdırlır.Təqdim olunan sənədlərin və sübutların tutarlı və dəqiq olması 82 saylı Ağcabədi Seçki Dairəsinin nəticələrinin ləğv olunması üçün hüquqi baxımdan yetərlidir.

Ölkə başçısının ötən gün Kürdəmir rayonuna səfəri zamanı səsləndirdiyi fikirlər namizədlərdə ümid yaradıb ki,saxtakarlıq edənlər və onların havadarları cəzalandırılacaq.Dövləti və onun siyasi xəttini gözdən salanlar,dövlətə və onun qanunlarına və rəhbərinə xəyanət edənlər qanun qarşısında cavab verəcəklər.Çünki görünən odur ki,”qoca qurdalar”dan ibarət “yatağan mafiya” islahatçılara qarşıdır və həmin islahatları boğmağa çalışır.

Kanal32.az

Your email address will not be published.