Qarabağ əili avtomobilini yandırdı-ETİRAZ

0 166

Mingəçevirdə Qarabağ müharibəsi əlili avtomobilini yandırıb.

Bu gün səhər saatlarında  Qarabağ əlili olan Əmir adlı şəxs şəhərin 20 yanvar küçəsində-Mingəçevir Şəhər İcra Hakimiyyətinin binası qarşısında “Tavriya” markalı avtomobilinə od vuraraq yandırıb.

Azbelediyye.az xəbər verir ki,”Kanal32″ni məlumatlandıran mənbənin sözlərinə görə,onun avtomobilini yandırmasına səbəb şəhərin Baş memarı Etibar Abdullayevin qanunsuz əməllərinə qarşı etiraz etmək olub.Belə ki,ona verilmiş torpaq sahəsi adı bu günə kimi müxtəlif qanunsuz əməllərdə və qalmqallarda halanan Baş memar Etibar Abdullayev tərəfindən alınıb.Etdiyi şikayətlərin nəticə vermədiyini görən Qarabağ əlili haqsızlığa etiraz olaraq bu addımı atıb.

Əraziyə gələn yanğınsöndürmə birqadası və polis əməkdaşlarının köməyi ilə avtomobil söndürülüb.Buna baxmayaraq avtomobil tamamilə yarasız hala düşüb.

Hazırda hadisənin təfərrüatları əməkdaşımız tərəfindən araşdırılır.Dəqiqləşdirilmiş  məlumatı təqdim edəcəyik.

Onu da qeyd edək ki,adını xəbər öncülü qoyan “APA “baş vermiş olayı utanmadan yanğın hadisəsi kimi təqdim edib. 

Kanal32.az

Your email address will not be published.