Mingəçevirdə polis qəzaya düşdü-FOTOLAR

0 132

Mingəçevirdə iki maşnın toqquşmasıilə nəticələnən ağır yol qəzası baş verib.

Kanal32.az xəbər verir ki,hadisə şəhərin M.Maqomayev küçəsində baş verib.Belə ki,Abduləzimov Rəsulun idarə etdiyi 02-BT-390 dövlət nömrə nişanlı “VAZ-21015 markalı avtomobil  Şirinov Ramizin idarə etdiyi 44-BN-706 dövlət nömrə nişanlı VAZ-2106 markalı maşınla toqquşub.Qəzaya səbəb VAZ-2106 markalı avtomobilin qoşa xəttin tələblərini pozaraq dönməsi olub.Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.Xoşbəxtlikdən ciddi bədən xəsarəti alan olmayıb.

Qeyd edək ki,”VAZ-21015″ markalı avtomobilin sürücüsu Abduləzimov Rəsul polis əməkdaşıdır.Müxbirimizin əldə etdiyi məlumata görə,avtomobil adıçəkilən şəxsin qayınına məxsus olub və onun sənədsiz idarə edib.

Kanal32.az

Your email address will not be published.