Su-Kanal idarəsinin rəisi özbaşınalıq edir!?-FOTOLAR

0 317

Mingəçevirdə həyat yoldaşı onkoloji xəstə olan şəxs işdən qanunsuz çıxarıldığı üçün Birinci  Vitse-preizdenti Mehriban xanım Əliyevadan kömək istəyir.

Mingəçevir şəhər sakini İbrahimov Elbrus Camal oğlu “Kanal32”nin redkasiyasına gələrək bildirib ki,onun əmək hüquqları Mingəçevir Su Kanal İdarəsinin rəisi Marif Məmmədov tərəfindən pozulub.Və o, saytımız vasitəsi ilə Birinci  Vitse-preizdenti Mehriban xanım Əliyevaya şikayət ərizəsi ünvanlayıb.

Əmək hüquqlarnın pozulduğunu iddia edən Su kəməri təsərrüfatında 4-cü dərəcli nəzarətçi işləmiş İbrahimov Elbrus Camal oğlunun həmin ərizəsini olduğu kimi təqdim edirk:

Azərbaycan Respublikasının Birinci  Vitse-preizdenti hörmətli Mehriban xanım Əliyevaya

Mingəçevir şəhər sakini İbrahimov Elbrus Camal oğlu tərəfindən

                                                               ƏRIZƏ

Hörmətli Mehriban xanım,yazıb Sizə bildirirəm,1983-cü ildən əmək fəaliyyətinə başlamışam və 2007-ci ildən “Azərsu” ASC-nin nəzdində olan Mingəçevir Su-kanal idarəsində Müştəri xidmətləri şöbəsinin Su kəməri təsərrüfatında 4-cü dərəcli nəzarətçi işləmişəm.02 dekabr 2019-cu ildə isə heç hüquqi əsas olmadan məni bildiriblər ki,bəs səninlə işləmək istəmirik,3 aylıq müqavilən bitib.Baxmayraq ki,mən yeni işə götürülən işçi deyiləm ki,mənimlə 3 aylıq sınaq müqaviləsi bağlansın.Bu nə dərəcədə qanunauyğundur? Niyə məqsədli şəkildə sadə insanları dövlətə qarşı qoyurlar??? İdarə rəisi Marif Məmmədova etdiyim müraciətlər isə nəticəsizdir.Çünki bu şəxs hər zaman Qorxmaz Hüseynovun tələbə yoldaşı olmasını  önə çəkərək bundan sui istifadə edir və qanunsuzluqlarını davam etdirir. 28 yanvar 2020-ci il tarixdə isə “Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynovun qəbulunda oldum və söz verdi ki,problemin həll olunacaq.Ancaq sədrimizin dedikləri bu günə kimi hələ də söz olaraq qalıb.

  Hörmətli Mehriban xanım,axı nə vaxt kimi məmurlar öz üzərinə düşüən vəzifələrini yerinə yetirməyəcəkəklər?Onu da diqqətinizə çatdırm ki,işdən azad olunan sonra maddi vəziyyətim olduqca ağırlaşıb.Hələ işldəyim vaxtda belə uzun illərdir onkoloji xəstə olan həyat yoldaşımın müayinə-müalicə və dərmanlarına zorla pul çatdıra bilmirdim.İndi isə vəziyyətimiz daha çətindir.

  Hörmətli Mehriban xanım,ona görə də Sizdən xahiş edirəm ki, pozulmuş əmək hüquqlarımın bərpa olunması və öz işimə qaytarılmağımla əlaqədar mənə kömək edəsiniz və müvafiq qaydada göstəriş verəsiniz.

  Əvvəlcədən minnətdarlığımı bildirirəm!

Hörmətlə,İbrahimov Elbrus Camal oğlu

Tarix: 12 mart 2020-ci  il           Telefon:070-492-24-31

Ünvan:Mingəçevir şəhəri,Günəşli qəsəbəsi,9-cu küçə

Onu da qeyd edək ki,Mingəçevir Su-kanal idarəsinin özbaşınalıqları bununla bitmir.Son günlər idarənin bəzi əməkdaşlarının su sayğaclarına müdaxilərləri,yataqxanalarda və məcburi köçkünlərin məskunlaşıdğı İnternat məktəbində axşamlar gizli şəkildə suların kəsilməsi kimi əməllər barədə də məlumatlar yayılıb.Həmçinin,şəhərin Samux küçəsi istiqamətində Günəş bağ massivi adlanan yerdə həyət evlərinin olduğu küçələrin kanalizasiya sularına qərq olması da bu idarənin “işgüzar” fəaliyyətinin nəticəsidir.

“Azərsu” ASC-nin sədri adı zaman-zaman müxtəlif qalmaqallarda hallan Qorxmaz Hüseynovun “sevimli kadr” Marif Məmmədovun rəhbərlik etdiyi Mingəçevir Su-kanal idarəsi ilə bağlı redkasiyamıza daxil olmuş digər məlumatların araşdırılması istiqamətində işlər gedir.

İcra başçısı necə aldadılır? Verilən tapşırıqların icrası hansı vəziyyətdədir? Vəzifə sahiblərinin və pullu biznesmenlerin böyük obyektlərinin su təminatı və onların ödəmələri necə həyata keçirilir? Bizi izləyin! Daha ətraflı növbəti yazıda…

Mingəçevir Su-kanal idarəsinin mövqeyini dərc etməyə hazırıq.

Kanal32.az

Your email address will not be published.