Tanınmış juranalist ağır qəzaya düşdü-FOTO

0 181

Tanınmış telejuranlist,Qarabağ qazisi Sənən Həsənoğlu(Abdullayev) avtomobil qəzasına düşüb.

Azbelediyye.azKanal32″yə istinadla xəbər verir ki,hadisə martın 11-i axşam saat 18:20 radələrində Bakı-Quba yolunun 115-ci kilometrliyində baş verib.Juranlistin olduğu 90-KB-685 dövlət nömrə nişanlı “Ford” markalı minik avtomobili yol hərkət qaydalarına uyğun şəkildə ötmə əməliyyatı edən zaman eyni istiqamətdə hərkətdə olan “SHAGMAN” markalı yük avtomobili tərəfindən vurulub.Belə ki,texniki nasazlıq səbəbindən “SHAGMAN”nın təkərləri partlayıb və maşın hərəkət trayektoriyasını itirərək “Ford”a çıpılıb.Nəticədə yarasız hala düşən minik avtomobilində olan telejurnalist Sənan Həsənoğlu və onun kürəkəni Mənsur Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Onlar xəstəxanaya yerləşdirilib.

Mənsur Əliyevin xəsarətləri yüngül olduğundan o, ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.Jurnalist Sənan Həsənoğlunun qulaq,boyun,qol və ayaq nayihələrində əziklər olduğu üçün hazırda həkim nəzarətindədir.Vəziyyəti normal qiymətləndirilir.

Kanal32.az-ın əməkdaşının əldə etdiyi məlumata görə,”SHAGMAN” markalı yük avtomobilinin sürücüsünün bu maşını idarə etmək üçün müvafiq kateqoriyası yoxdur.Adını açqlamadan boyun qaçıran sürücü avtomobildə texnki nasazlığın olduğunu etiraf edib və maşının nazir statusunda olan vəzifəli şəxslərdən birinin şirkətinə məxsus olduğunu deyib.Amma,nədənsə texniki nasazlığı olan maşın yol çəkən şirkət tərəfindən xəttə buraxılıb.

Faktla bağlı DYP tərəfindən araşdırma aparılır.

Kanal32.az

Your email address will not be published.