Goranboyun “odda yanmaz,suda batmaz” idarə müdiri kimdir?

0 70

Goranboyun “odda yanmaz,suda batmaz” idarə müdiri dünyanı vecinə almır,öz bildiyini edir…

Qurbanzadə kəndində artezian quyusunun qazılması üçün kənd sakinlərindən nə az, nə çox ,düz 10 min manat civarında pul tələbi edilir.

Son bir neçə ayda  Azərbaycanda icra başçılarının həbs edilməsi,rəhbərlik etdikləri rayonlarda total rüşvət və  korrupsiya hallarına yol verilməsi faktlarından bütün ictimaiyyət məlumatlıdır.Bu olaylardan sonra əksər rüşvətxor icra başçıları yuxularında “qara maskalı oğlanlar”ı gördüyündən bir az özlərinə yığışıblar.Ancaq hələ də dərisinə “isti keçməyən” xeyli sayda icra başçısı və  idarə müdirləri var.Necə deyərlər pul onları gözlərini necə tutubsa,onlar  öz çirkin niyyətlərindən əl çəkmək fikirində deyillər.

Bu “qoçaq oğlan”lardan  biri də Goranboy rayon Subartezian Quyularının İstismarı İdarəsin rəisi Rauf Teyyubovdur, desək,yəqin yaınlmarıq.Saytımıza müraciət edən şikayətçilərin sözlərinə sözlərinə görə, sözügedən idarənin rəisi Goranboy rayonun Qurbanzadə kəndində artezian quyusunun qazılması üçün kənd sakinlərindən nə az nə çox ,10 min manat civarında pul tələbi edib.Şikayətçilər onu da iddia edir ki, bu “pulyığma” kompaniyasının arxasında təkcə Rauf Teyyubov dura bilməz.Çünki belə kəshakəs bir dönəmdə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin xəbəri olmadan belə bir addımın atılması inandırıcı görünmür.Ona görə ki, artezian quyularının qazılması “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbərliyinin xəbəri olmadan həyata keçirilmir.

Şikayətçilər onu da iddia edir ki,artezian quyusunun qazılması qalsın bir yana, Rauf Teyyubovun idarədə apardığı kadr siyasəti birbaşa korrupsiyaya köklənib.Belə ki, idarədə adları işçi siyahısında olub, özləri isə başqa-başqa işlərdə çalışan 20-25 fəhlənin əməkhaqqı kartlarını rəis cibində gəzdirir.Bu azmış kimi ali təhsili olmayan Şahanə adlı xanımı idarənin Kadrlar şöbəsinə rəis təyin edib.Demək olar ki, sözügedən idarənin külli ixtiyarının da bu xanıma həvalə edilməsi əsas problemlərdən biridir.

Hər kəs bilir ki,kənd əhalisinin içməli su ilə təmin edilməsində və əkin sahələrinin suvarılmasında subartezian quyularının böyük əhəmiyyəti var.Goranboyda rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil etdiyindən əhalinin üzləşdiyi problemi əlavə şərh etməyə ehtiyac qalmır.Şikayətçilər aidiyyatı qurumlardan və İcra başçısı Məhərrəm Əliyevdən xahiş edir ki,mövcud problemin həlli üçün dərhal müdaxilə etsinlər.Əks halda,onlar bu özbaşına məmurla bağlı ölkə başçısına videomüraciət edəcəklər.

Şikayətçiləriin adlarını təqdim edirik:

Bayramova Sabahət Zərqəm qızı.
Əsgərova Minayə nəcafalı qızı.
Cəlilova nigar Novruz qızı.
Bayramov Ələsgər Nəcəf oğlu.
Mahmudova leyli Heydar qızı.
Ramazanova Arifə Yaqub qızı
İbrahimova Vüsalə Elman qızı.
Əhmədova Zərniyar Hacəli qızı.
Məmmədova Mələksuma Musa qızı
Əsgərov Qüdrət Məmmədhüseyn oğlu
Bayramov Şahin Nəcəf oğlu.
Babayeva Bönövşə Nağı qızı..
Məmmədova Sahidə Bayram qızı
Bayramova Xəyalə Ələsgər qızı.
Məmmədova Xəyalə Abbasəli qızı.
Nəsirov Əjdər Məmi oğlu
Babayeva Xatirə Əziz qızı.
Xəlilova Larisa Xəlil qızı.
Bayramov Nadir Hüseyn oğlu.
Bayramov Elməddin Şahin oğlu
İbayev Qurban Mədət oğlu
Məmmədova Əsmayə Səfər qızı.
Əhmədov Atakişi Rəsul oğlu.
Əhmədov Eşqin Əsəd oğlu.

Natiq İsmayilov,

Mənbə:Dunyaninsesi.az

Rdekasiyadan:Goranboy rayon Subartezian Quyularının İstismarı İdarəsinin mövqeyini dərc etməyə hazırıq.

Kanal32.az

Your email address will not be published.