Özünü yandıran Aprel qazisinin bacısından ŞOK AÇIQLAMA-FOTO

0 95

Ötən il iyulun 26-da özünü yandıraraq intihar edən Qarabağ qazisi İmamverdi İsmayılovun ölüm işinin araşdırılması ləng aparılır.Kanal32.az xəbər verir ki,mərhumun bacısı Samirə İmayılova Moderator.az-a açıqlamasında bildirib ki, istintaqın gedişinə mane olan qüvvələr var.O, buna görə Mingəçevir Mərkəzi Xəstəxanasında bir neçə həkimi və rayonun icra başçısı İlham İsmayılovu ittiham edib.“Dekabrın 25-də Baş prokuror Zakir Qaralovun qəbulunda oldum və qardaşımın ölümünə səbəb olan şəxslərin məsuliyyətə cəlb edilməsini xahiş etdim. Z.Qaralov dərhal göstəriş verdi və tapşırdı ki, iş araşdırılsın. Lakin Mingəçevir icra hakimiyyətinin başçısı İlham İsmayılov mənə təzyiq edir. O, Murad Rzaoğlu və Səbuhi adlı şəxsləri üstümə göndərərək məni təhdid etdirir. Bundan bir müddət öncə İ.İsmayılovun həyat yoldaşı Qətibə İsmayılova da mənə zəng vurub dedi ki, bu məsələdən əl çək, həyat yoldaşımın adına xələl gətirirsən. Mən bunlara görə qardaşımın ölüm işini araşdıra bilmərəm? Qardaşımın qanı yerdə qalıb. Mingəçevir rayon Prokurorluğu məsələyə laqeyd yanaşır, məni qəbul etmirlər.Rayonumuzun millət vəkili Aydın Mirzəzadəyə dəfələrlə müraciət etmişəm, heç bir köməklik etmir. Mənə deyirlər ki, onsuz da heç bir şey edə bilməyəcəksən, sənin arxanda duranın yoxdur. Qardaşımın yeganə övladı indi ata, deyərək hər yerdə onu axtarır. Mən nə etməliyəm? Artıq öz həyatım üçün təhlükə hiss edirəm və buna görə özümü qoruyuram. Mən bununla bağlı ölkə başçımızdan və hüquq-mühafizə orqanlarımızdan kömək istəyirəm. Qardaşımın ölümünə səbəb olan həkimlər niyə bu günə kimi həbs edilməyib? Baş prokuror tapşırıq verəndə dedi ki, qardaşınız oğlu yenidən müayinə olunacaq, amma müayinə də etmədilər. Bununla bağlı mənə heç bir açıqlama verilmir”.Qeyd edək ki,  qazi İmamverdi İsmayılov xəstə uşağını Mingəçevir xəstəxanasına aparan zaman həkimlərin ona qarşı laqeyd münasibətinə dözməyərək özünü yandırıb. Həmin vaxt yaxınları onu Bakıya xəstəxanaya gətirmək isdəsələr də, həkimlər buna icazə verməyib və o, Mingəçevirdə dünyasını dəyişib. Mərhumun bacısı məhz buna görə qardaşının ölümündə xəstəxanın direktoru Könül Ələkbərovun və həkimlərin günahkar olduğunu bildirir.Redaksiyadan: Bizim yazıda adları hallanan şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.

Moderator.az

P.S.Aprel döyüşçüsünün özünün yandırmazdan bir neçə saat öncə Feyzbuk səhifəsində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru Könül Ələkbərova yazıdığı etiraz dolu sözlər…Amma,nədənsə tükü-tükdən seçməyi bacaran Respublika prokurorluğu bu fakta-özünü öldürmə həddinə çatdırma faktına göz yumur…

Your email address will not be published.