Vüqar Səfərli işdən çıxarıldı yerinə isə…- SƏRƏNCAM

0 234

Vüqar Müzəffər oğlu Səfərli Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru vəzifəsindən azad edilib.

Kanal32.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

V.Səfərli 2009-cu ildən KİVDF-yə rəhbərlik edirdi.

Prezidenti İlham Əliyevin digər  sərəncam ilə Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilib.

Qeyd edək ki, Əhməd İsmayılov bir müddət Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının aparat rəhbəri olub.

Son təyinatadək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında Dövlət Dəniz Agentliyinin direktor müavini vəzifəsində işləyib.

O, həmçinin Azərbaycan Yelkənli İdman Federasiyasının Baş katibi vəzifəsində çalışıb. 

Your email address will not be published.