Mingəçevirdə karantin rejiminə necə əməl olunur?-FOTOLAR

0 269

Gəlin EVDƏ QALAQ,həm YAŞAYAQ,həm də YAŞADAQ!

Məlum olduğu kimi bütün ölkə ərazisində həyata keçirilən sosial izolyasiya tədbirləri ilə əlaqədar bütün parklara giriş məhdudlaşdırılıb.İnsanların küçəyə çıxması müvafiq qərarla qadağan olunub.

Kanal32.az-ın Mingəçevirdə apardığı müşahidələr zamanı məlum olub ki,şəhərdə tam sakitlik höküm sürür.Əksər insanlar qayda və tövsiyyələrə əməl edirlər.Küçələrdə olan vətəndaşlar isə xüsusi icazə əsasında yalnız zəruri hallarda evdən çıxdıqlarını deyirlər.

İnsanların adətən gur olduqları yerlərdə də eyni mənzərə yaşanır. Kafe, restoran və həyati əhəmiyyəti olmayan digər iaşə obyektləri bağlı olduğundan mərkəzi küçələr boş qalıb.

Mingəçevir polisi də üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışır.Şəhərin giriş və çıxışındakı postlarda ciddi nəzarət həyata keçirilir.

Qeyd edək ki,pandemiyanın yayılmasının və qarşısının alınması məqsədi ilə sosial izolyasiya tədbirləri  aprel ayı boyunca da davam etdiriləcək.

Əməkdaşımızın Mingəçevirdə çəkdiyi fotoları təqdim edirik:

Bütün vətəndaşların,o cümlədən Mingəçevir sakinlərinin diqqətinə çatdırmaq istəyirik ki, infeksiyanın geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə, şəxsi gigiyena qaydalarına riayət etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara, xüsusi karantin rejiminə ciddi əməl etmək tələb olunur.

Əziz mingəçevirlilər,ən azından düşünün ki,Mingəçevir Şəhər Mərkəzi xəstəxanasından verilən məlumata görə,bizim şəhərimizdə də koronavirusa yoluxan 5 nəfər var.Gəlin,bu sayın artmasına imkan verməyək!

“Kanal32” İnformasiya Agentliyi də hər kəsə çağırış edir:Gəlin EVDƏ QALAQ,həm YAŞAYAQ,həm də YAŞADAQ!

Müəllif:İxtiyar Həsənli

Your email address will not be published.