Mingəçevir Polis şöbəsi işgəncə iddialarını rədd edir-AÇIQLAMA

0 89

Mingəçevir şəhər Polis şöbəsində döyüldüyü və işgəncə verildiyi iddia edilən şəxslə bağlı məlumat yayılıb.  

Kanal32.az-da,digər xəbər saytlarında və sosial şəbəkələrdə Mingəçevir şəhər sakini Mirzə Mirzəyevin polis əməkdaşı tərəfindən döyülməsi ilə bağlı fikirlər yer alıb.Artıq bununla bağlı rəsmi açıqlama da verilib.

Məsələyə münasibət bildirən DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, Mirzə Mirzəyev mayın 17-də Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 7 ədəd kağız bükümdə ümumi çəkisi 1, 078 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. M.Mirzəyev Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən şübhəli şəxs qismində saxlanılmışdır. Polis Şöbəsində guya onun döyülməsi ilə bağlı səsləndirdiyi fikirlər isə həqiqəti əks etdirmir və böhtan xarakterlidir. Qeyd edim ki, M.Mirzəyev əvvəllər də oğurluq və digər cinayət əməllərinə görə, 2016-cı ilə Mingəçevir Şəhər, 2017-ci ildə Qaradağ Rayon Məhlkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin ayı-ayrı maddələri təqsirli bilinərək məhkum olunmuş, ancaq o, islah olunmayaraq yenidən cinayət əməllərini davam etdirib”.

Redaksiya olaraq məlumat üçün bildirək ki,yazıın manşet şəkilində yalnız yuxarı sol küncdə yer alan foto iddiaçı Mirzəyev Mirzə Zahid oğluna məxsusdur.Və həmin fotoya saytın loqosu vurulub.Yuxarı sağ küçncdəki foto isə sadəcə xəbərin məzmunu ilə bağlıdır,internetdən götürülüb və hadisə ilə bilavasitə bağlılığı yoxdur.

Onu da əlavə edək ki,şikayətçinin iddia edərək onu döyməkdə günahlandırdığı polis mayoru Emir Cavadov kanal32.az-ın əməkdaşı ilə söhbətində  deyib ki,Mirzə Mirzəyevin fikirləri törətdiyi əməli ört-basdır etməyə hesablanıb, böhtandır və həqiqəti əks etdirmir.Hazırda sözügedən şəxs polis nəzarətindədir və onun əməlləri ilə bağlı müvafiq qaydada araşdırma aparılır.

Kanal32.az

Your email address will not be published.