Polis zabiti vətəndaşa işgəncə verib-ŞOK FOTO-RƏSMİ TƏSDİQ

0 1. 033

Mingəçevir şəhər Polis şöbəsində 37 yaşlı şəhər sakininə işgəncə verilib.

Kanal32.az xəbər verir ki,Mingəçevir şəhər sakini,1983-cü il təvəllüdlü  Mirzəyev Mirzə Zahid oğlu polis tərəfindən döyülüb və işgəncələrə məruz qalıb.Hadisə 17 may 2020-ci il tarxidə Mingəçevir Su anbarının yaxınlığındakı çimərlikdə yerləşən kafedə baş verib. Bədən xəsarətləri alan Mirzəyev Mirzə “Kanal32”yə açqılamasında bildirib ki,o çalışıdığı kafedə yatan zaman narkotiklərlə mübarizə qrupunun əməkdaşı,polis mayoru Emir Cavadovun rəhbərlik etdiyi polis əməkdaşları qəflətən oraya daxil olmuş və onu yuxudan oyadaraq döyməyə başlayıblar.O,narkotik vasitələrin istfadəçisi olmadığını və bu cinayətin qondarma olduğunu desə də, heç bir açıqlama vermədən Mirzəyev Mirzə Zahid oğlunu Mingəçevir Polis şöbəsinin inzibati binasına gətiriblər.Sonra isə Emir Cavadov  və yanındakı polis əməkdaşları əvvəlcədən hazırladıqları nakotik vasitəni və tərəzini onun qabağına qoyaraq bunun ona məxsus olmasını təsdiqləməyi tələb ediblər.Emir Cavadov deyib ki,əgər bunu üzərinə götürməsən səni narkotik vasitələrin satışı ittihamı ilə məsuliyyətə cəlb edəcəyik.Saxlanılan şəxs bundan imtina etsə də, məruz qaldığı ağır işgəncələrə və psixoloji basqılara tap gətirməyib, ittihamı qəbul edib.

Azbelediyye.az Kanal32.az-a istinadla  bədən xəsarətlərinin fotosunu təqdim edir:

19 may 2020-ci il tarixdə Mingəçevir şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Kərim İsmayılbəylinin vəsatəti əsasında təqsirləndirilən Mirzəyev Mirzə Zahid oğlunun barəsində həbs qəti imkan tədbirinin seçilməsi haqqında qapalı məhkəmə iclası keçirilib.Mingəçevir Şəhər Məhkəməsinin hakimi Ələkbər Hüseynovun sədrliyi ilə keçirilən iclasda hakim tərəfindən ədalətli araşdırma aparılmış və təqsirləndirilən şəxsin bədəni üzərində həqiqətən də xəsarətlərin yetirilməsi müəyyən olunmuşdur. Araşdırılması üçün Mingəçevir Şəhər Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır.Həmçinin məhkəmənin qəraı ilə Mingəçevir şəhəri,H.Əliyev pr. ev 72 A,mənzil 30-da qeydiyyatda olan subay,orta təhsilli,əvvəllər məhkum olunmuş Mirzəyev Mirzə Zahid oğlunun  barəsində həbs qəti imkan tədbiri seçilməsindən imtina edilmiş və məhkəmə zalından azadlığa buraxılmışdır.

Qeyd edək ki, işgəncəyə məruz qalan Mirzəyev Mirzənin valideyinləri oğlunu şərləyən və ona ağır bədən xəsarətləri yetirən polislərin,şəxsən Emir Cavadovun cəzalandırılmasını tələb edir.

Respublika Prokurorluğunun, Daxil İşlər Nazirliyinin, Mingəçevir Polis Şöbəsinin rəisinin DİQQƏTİNƏ !

Məhkəmənin çıxardığı qərarı  təqdim edirik:

Onu da qeyd edək ki,bu, narkotiklərlə mübarizə qrupunun əməkdaşı,polis mayoru Emir Cavadovun ilk qanunsuz əməli deyil. Bir çox şəhər sakinlərinin iddiasına görə,Emir Cavadov çox evlər yıxıb,çox gənclərin haqsız yerə dəmir barmaqlıqlar arasında atdıraraq,onların həyatını məhv edib.

Redaksiya olaraq Mingəçevir Polis Şöbəsinin və şəxsən Emir Cavadovun mövqeyini dərc etməyə hazırıq.

Kanal32.az

Your email address will not be published.