Oğul anasını ürəyindən bıçaqladı-MİNGƏÇEVİRDƏ

0 72

Mingəçevirdə Ağdam rayonunun Qiyaslı kənd sakini qətlə yetirilib.

Kanal32.az xəbər verir ki,hadisə gecə saatlarında şəhərin Az.DRES  yaşayış massivi ərazisində yerləşən “Yeni həyat” köçkün qəsəbəsindəki evdə baş verib.

Belə ki,1974-cü il təvəllüdlü qəsəbədə məskunlaşan Ağdam rayonunun Qiyaslı kənd sakini Hacıyeva Brilyant Nizami qızı ürək nahiyəsinə vurulan bıçaq zərbəsindən sonra yerindəcə keçinib.

İlkin məlumata görə, qətli törədən şəxs mərhumun oğlu Elmir Hacıyevdir.Hələlik hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Qonşuları qətlin qısqanclıq zəmnində törədildiyini deyir.

Qətli törədən Elmir Hacıyev  könüllü şəkildə polisə təslim olub.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda AR.CM-nın qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb,araşdırma aparılır.

 

Your email address will not be published.