Gəncə icra hakimiyyətində fermerin başına oyun açırlar-FOTO

0 141

Gəncə Şəhər İcra Hakimiyyətində fermerin başına oyun açırlar.

Hüquq şöbəsinin müdiri Xəqani Əbüləzimov neçə gündür çətin vəziyyətdə olan fermerin telefon zənglərinə belə cavab vermir.

Kanal32.az-a daxil məlumata görə,Gəncə şəhərində yaşayan fermer  Ələddin Hüseynov məmur süründürməçiliyinə məruz qalıb.Belə ki,o,Samux rayonu ərazisindəki  əkin sahəsini suvarmaq və aqrotexniki xidmət göstərmək üçün icazə almaq məqsədi ilə müvafiq qaydada Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət edib.10 gün öncə edilən müraciətə hələ də bu günə kimi cavab verilməyib.İcra Hakimiyyətininin Hüquq şöbəsinin müdiri Xəqani Əbüləzimov fermerə bildirib ki,bir az səbrli ol, bizim “şef”,yəni icra başçısı Niyazi Bayramov Bakıdakı rəhbərliklə danışıb icazə alacaq.Özündənrazı Hüquq şöbəsinin müdirinin bu  analoqu olmayan cavabı isə bir sıra haqlı sullar doğurur. Həqiqətənmi bir fermerin Gəncədən keçərək karantin rejimi olmayan Samux rayonu ərazisinə getməsi üçün icra başçısı “yuxarılar”a məlumat verməlidir? Hüquq şöbəsinin müdiri Xəqani Əbüləzimovun bu cür davranışın adı savadsızlıqdır,yoxsa məqsədli şəkildə vətəndaş-dövlət gərginliyi yaratmaq? Ümumiyyətlə,Xəqani Əbüləzimov vəzifə borcunun nədən ibarət olduğunu bilirmi? Bu vəzifəli şəxs vətəndaşlarla hələ də “Elmar Vəliyev metodu” ilə davranmaqla nə demək istəyir?

Axı hazırda fermerə məxsus əkin sahələri susuzluqdan yanır,ot-alaq əkin sahələrini basır.Məhsullar itkiyə gedir.Fermerə küllü miqdarda maddi ziyan dəyir(eyni zamanda mənəvi ziyan). Əslində bu günkü çətin pandemiya dönəmində istehsalçılara maksimum şərait yaraılmalıdır ki,ölkəmizdə ərzaq qıtlığı yarnmasın. Ey məmur və məmurcuqlar,bəs siz nə etmək istəyirsiniz??? Süni əngəllər yaratmaqla nəyə nail olmaq istəyirsiniz???

Görünən odur ki, Elmar Vəliyevdən qalma belə məmurlar hələ də ölkə başçısı cənab İlham Əliyevin sahibkarların və fermerlərin fəaliyyətinə süni manelərin aradan qaldırılması ilə bağlı göstəriş,tapşırıq və tövsiyyələrini qulaq ardına vururlar və səmərəli dövlət siyasətinə kölgə salmağa çalışırlar.

Neçə gündür fermerin telefon zənglərinə də cavab verməyən Hüquq şöbəsinin müdiri Xəqani Əbüləzimovun bu cür özbaşına və binagə münasibətinin isə bir adı var-məqsədli şəkildə vətəndaşlarla dövlət arasında uçurum yaratmaq və “vurularaq”pusquda gizlənmişlərin dəyirmanına su tökmək.Bəlkə də “canı-dildən xidmət etmək”…(?)

Qeyd edək ki,mövcud problemlə bağlı AzTv-nin bölgə müxbiri,tanınmış jurnalist Əhməd Qədiroğlu da öz feyzbuk səhifəsində status yazıb.Öz növbəsində Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmi səhifəsindən isə  belə bir cavab verilib(reaksiyanın göstərilməsi müsbət haldır) .

Gəncə Şəhər İcra Hakimiyyətinin cavabında hər şey aydın olsa da,Hüquq şöbəsinin müdiri Xəqani Əbüləzimov fermer  Ələddin Hüseynova deyib ki,icazəni mütləq biz verməliyik.

Görəsən,İcra başçısı Niyazi Bayramovun bu təxribat xarakterli bu addımlardan xəbəri varmı? Yoxsa,başı həmişəki kimi çox qarışıqdır…?

Sonda onu da qeyd edək ki,Hüquq şöbəsinin müdiri Xəqani Əbüləzimovun fəaliyyətindən və onun kobud,saymazyana davranışlarından bir yox,yüz nəfərə yaxın Gəncə sakini narazıdır.Bu barədə redksiyamıza müxtəlif vaxtalarda xeyli məlumat daxil olub.Hazırda faktların dəqiqləşdirilməsi gedir.

Redaksiya olaraq bildiririk ki,yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Mənbə:Kanal32.az

Your email address will not be published.