Mingəçevirin icra başçısı Prezidentdən nə xahiş edib?-FOTOLAR

0 126

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov media nümayəndələrinin iştirakı ilə şəhərdə aparılan abadlıq işlərinə baxş keçirib.

Mingəçevirdə abadlıq-quruculuq, park və xiyabanlarında yenidənqurma işləri davam etdirilir. Bir çox layihələr isə mərhələli şəkildə həyata keçiriləcək.”Qurucular parkı” isə tamamilə yenidən qurulacaq.

Azbelediyye.az-ın xəbərin görə, bu barədə Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  abadlıq aparılan ərazidə jurnalistlər  görüşərkən məlumat verib.O bildirib ki, mərkəzi prospektdəki parkın görkəmi şəhərin və insanların zövqünə uyğun deyil: “Memarlıq və tikinti şöbəsi tapşırığıma əsasən ərazinin yeni memarlıq üslubunda bərpa  layihəsini hazırlayıb. Layihənin eskizi parkda uyğun yerdə asılacaq və insanlar biləcək ki, burada hansı işlər aparılacaq”.

Şəhər rəhbəri diqqətə çatdırıb ki, 2020-ci il ərzində şəhərin “Tərəvəzçilik”, “Energetiklər” və “Sağ Sahil” yaşayış massivlərində və sol sahildəki 2 məhəllədə insanların rahat istirahəti üçün güşələrin yaradılması planlaşdırılıb.Həmçinin, “Nizami parkı” yenidən qurulacaq, eyni zamanda Tarix Muzeyinin qarşısındakı boş meydanda  bəzi Avropa ölkələrində qurulmuş fəvvarə-şəlalə kompleksi yaradılacaq.

İcra başçısı İ.İsmayılov onu da deyib ki, Prezident Mingəçevirdə səfərdə olarkən görülən işləri davam etdirməyi tövsiyə edib: “Cənab Prezidentə məruzə etdim ki, əlimizdə 5 layihə var və biz bu işlərə başlayıb, Mingəçevirdə əlavə 5 istirahət güşəsi yaradacağıq. Mən prezidentin diqqətinə onu da çatdırdım ki, Mingəçevirin əsas problemi işsizlikdir. Artıq cənab Prezident bu problemin həllinə dair  İqtisadiyyat Nazirliyinə tapşırıqlar verib.Bakı və Sumqayıtdakı  layihələr artıq Mingəçevirə yönəldiləcək. Mən cənab Prezidentdən şəhərin istilik sisteminin bərpasına kömək etməyi də xahiş etmişəm”.

Şəhər rəhbəri vurğulayıb ki,  kiçik məsələləri şəhər öz daxili imkanları hesabına həll edə bilir, amma 24 adda qloblal problemin həlli üçün mərkəzi qurumlara müraciət olunub. 

Daha sonra başçı şəhərin H.Aslanov küçəsində aparılan işlərin gedişi ilə yerində tanış olub. Tövsiyyə və tapşırıqlarını verib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Your email address will not be published.