34 rayona büdcədən pul verilməyəcək

0 669

2019‐cu ildə ölkənin 34 şəhər və rayonu dövlət büdcəsindən dotasiya almadan öz büdcəsini müstəqil şəkildə formalaşdıracaq. Başqa sözlə, bu şəhər və rayonlar “xozraşot”a keçirlər, özləri qazanıb, özləri xərcləməlidirlər.

Oxu.Az xəbər verir ki, Maliyyə Nazirliyindən verilən məlumata görə, gələn ilin büdcə zərfində Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax şəhərləri, Abşeron, Ağcabədi, Ağdaş, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı rayonlarının xərclərinin öz gəlirləri hesabına təmin edilməsi nəzərdə tutulub.

2019‐cu ildə Gəncənin gəlirləri 47 milyon manat, Sumqayıtın gəlirləri 90 milyon manat, Mingəçevirin gəlirləri isə 21 milyon manat proqnozlaşdırılır.

Your email address will not be published.